Gəncədə Oftalmologiya şöbəsi müasir avadanlıqlarla təchiz olunub
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Z.Məmmədov adına xəstəxananın Oftalmologiya şöbəsi müasir tələblərə cavab verən yeni tibbi avadanlıqlarla təchiz edilib.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, görülən işlər Gəncə şəhəri, habelə ətraf rayonların sakinləri üçün müasir və keyfiyyətli oftalmoloji xidmətlərin əlçatanlığının artırılmasına imkan yaradır.
Hazırda şöbədə peşəkar tibb heyəti tərəfindən fakoemulsifikasiya üsulu ilə katarakta əməliyyatları, həmçinin qlaukoma və göz qapaqları əməliyyatları, Avastin inyeksiyaları, eləcə də müxtəlif lazer prosedurları - Argon lazer fotokoaqulyasiyası və YAG lazer tətbiqləri uğurla həyata keçirilir.
Bununla yanaşı, şöbədə uşaqlarda və böyüklərdə gözün ön, arxa seqmentlərinin daha dəqiq diaqnostikası məqsədilə tonometriya, avtorefraktometriya, biometriya, buynuz qişanın topoqrafiyası, biomikroskopiya, perimetriya, optik koherent tomoqrafiya (OCT), fundus angioqrafiyası, gözün ultrasəs müayinəsi və digər müasir diaqnostik müayinələr aparılır.
Görülən tədbirlər region sakinlərinin müasir, keyfiyyətli və əlçatan oftalmoloji xidmətlərlə təmin olunmasına, göz xəstəliklərinin erkən diaqnostikası və müalicəsi imkanlarının genişləndirilməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 10 Sentyabr 2026 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















