Abşeron polisi gecə reydi keçirdi; narkomanlar, “avtoş”lar və axtarışda olanlar saxlanıldı FOTO VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Abşeron Rayon Polis İdarəsi ərazi Polis Bölmələrinin əməkdaşları ilə birgə hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib.
Avtosfer.az xəbər verir ki, tədbirlər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 3 fakt aşkarlanıb. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 21 nəfər saxlanılıb, "isti izlərlə" 26 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 82, xırda xuliqanlıq və xırda talama hadisələri ilə əlaqədar 38 fakt aşkarlanıb. Tütün məmulatlarından istifadə normalarına əməl etməyən və məişət tullantılarını urnalardan kənara atan şəxslər də müəyyən edilərək barələrində inzibati protokollar tərtib edilib. Həmçinin, profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar və ov tüfənglərinin polisə könüllü təhvil verilməsi təmin edilib.
Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı isə spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 6, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 11 sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.
Gecə saatlarında Abşeron rayon sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan 37 motoxuliqan və məişət səsküyü qaydalarını pozan 27 şəxs barəsində inzibati tədbir görülüb.
Polis Abşeron rayonunda qeyd edilən istiqamətlərdə profilaktik tədbirləri davam etdirir.
Oxunub 228
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 10 Yanvar 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















