Icma.az
close
up
RU
Abşeron RİH də yağışla əlaqədar iclas keçirilib Tapşırıqlar verilib (FOTOLAR)

Abşeron RİH də yağışla əlaqədar iclas keçirilib Tapşırıqlar verilib (FOTOLAR)

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Güclü küləklə müşayiət olunan intensiv yağışlarla əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətində (RİH) Rayon Fövqəladə Hallar üzrə Komissiyasının iclası keçirilib, rayon üzrə xüsusi riskli ünvanlar müəyyən edilib.

"Unikal" xəbər verir ki, iclas zamanı Abşeron RİH-nin gücləndirilmiş iş rejiminə keçdiyi vurğulanaraq, qeyd olunan təbiət hadisəsi zamanı rayon ərazisində subasmaya məruz qalma ehtimalı olan ünvanların, o cümlədən daşma təhlükəsi olan su anbarlarının və göllərin, avtomobil yollarının diqqətdə saxlanılması əsas müzakirə mövzusu olub.

Kommunal xidmət sahələri (elektrik, qaz, su və digər) rəhbərlərinə, eyni zamanda rayonun şəhər, qəsəbə və kənd bələdiyyə sədrlərinə, icra nümayəndələrinə sözügedən sahələrin diqqətdə saxlanılması ilə bağlı konkret tapşırıqlar verilib. 

Sadalanan təbii hadisələr zamanı ziyan görəcək sakinlərin müvəqqəti yerləşdirilmələri üçün Abşeron RİH tərəfindən rayonun bir neçə ərazisində sığınacaqlar təşkil edilib.  Belə ki, sakinlər üçün təcili və təxirəsalınmaz qaydada yerləşdirilməsi məqsədilə Xırdalan şəhərində 2 ünvanda olmaqla, rayonun Saray qəsəbəsi, M.Ələkbərov küçəsində, Mehdiabad qəsəbəsi, “Mehdiabad” və “Məkan” mərasim evlərində, Görədil kəndi, E.Yusifov küçəsi, “Xeyir-Şər” Evində, Novxanı kəndi, Ə.Abuzərov küçəsindəki “Xeyir-şər” Evində, Məmmədli kəndində xeyir-şər evində, Fatmayı kəndində Qara Qarayev küçəsi, “Töhfə” Şadlıq Sarayında, Ceyranbatan qəsəbəsi, Nizami küçəsindəki “Xeyir-şər” Evində müvəqqəti sığınacaq yaradılmışdır. O cümlədən, ərazilər üzrə daşqına qarşı və təxliyyə xarakterli texnikalar, həmçinin xüsusi mülkiyyətdə olan özəl xidmət sahələri ilə texnikaların sayı müəyyən edilərək ərazilərə cəlb edilmişdir.

Bundan əlavə bildiririk ki, güclü külək nəticəsində rayon ərazisində 21 ədəd ağac aşmış, qəzalı vəziyyətdə olan və aşmış ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı qurumlarının əməkdaşlarının iştirakı ilə Abşeron Rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazidən götürülmüşdür.

Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin və digər dövlət strukturlarının gərgin fəaliyyəti ilə fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Onu da vurğulayaq ki, baş verəcək fəsadlara çevik reaksiya verilməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətində “qaynar xətt” (342-40-00) fəaliyyət göstərir. Sakinlərdən son günlər davam edən küləkli və intensiv yağıntılı hava şəraiti ilə əlaqədar fövqəladə hallarla rastlaşdıqları təqdirdə qaynar xəttə müraciət etmələri xahiş olunur. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 Aprel 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see379

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see183

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see162

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri