Icma.az
close
up
RU
“Suyun səviyyəsinin artması buna görədir” Abşeron RİH Fotolar

“Suyun səviyyəsinin artması buna görədir” Abşeron RİH Fotolar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Mehdiabad qəsəbəsindən (qəbiristanlıq istiqamətindən) yağış və qrunt suları axaraq Digah qəsəbəsinin şimal tərəfdən Bakıxanov və Xəqani küçələrinə (yaxınlıqda yerləşən “Şor” gölünə) və cənub tərəfdən Xətai küçəsinə istiqamətlənir. Nəticədə göldəki suyun səviyyəsi artır və yağış və qrunt suları ətrafdakı ərazilərə toplanır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Abşeron Rayon İcra Hakimiyyəti Digah qəsəbəsində gölün səviyyəsinin qalxması ilə bağlı  açıqlamasında bildirib.

Qeyd edilib ki, Digah Abşeron rayonunun ən qədim qəsəbələrindən biri olmaqla, geoloji olaraq çökək ərazidə yerləşən, üstəlik mərkəzləşdirilmiş sukanal sistemi və kanalizasiyə şəbəkəsi olmayan qəsəbələrdəndir: “Yağış və qrunt sularının ərazidə yaratdığı problemləri aradan qaldırmaq məqsədilə Abşeron Rayon İcra Hakimiyyəti, qəsəbə bələdiyəsi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və digər aiddiyyəti qurumların nümayəndələri ilə birlikdə, koordinasiya olunmuş şəkildə fəaliyyət göstərir. Son 6 ayda göldəki su səviyyəsinin kəskin artması müvafiq tədbirlərin görülməsini zəruri edib. Gölün yatağının genişləndirilməsi işləri çərçivəsində qazıntı işləri aparılaraq suyun səviyyəsinin kritik həddə çatmasının qarşısı alınıb. Hazırda 5 000 kub həcmində genişləndirmə işləri xüsusi ağır texnika ilə davam etdirilir. Sözügedən işlərə paralel olaraq, “Şor” gölü” ətrafında Xəqani küçəsi tərəfdən ümumi uzunluğu 100 metr, hündürlüyü 2 metr olmaqla, Bakıxanov küçəsi tərəfdən isə ümumi uzunluğu 500 metr, hündürlüyü 2 metr olmaqla bəndlər salınıb”.

Həmçinin vurğulanıb ki, həyata keçirilən qabaqlayıcı tədbirlər təkcə göl ətrafı ərazilərə bəndlərin vurulması ilə yekunlaşmayıb, o cümlədən son dövrlərdə aramsız yağan yağışlar nəticəsində ziyan görmüş qəsəbədaxili küçələrin bərpası, hərəkətin təmin edilməsi istiqamətində də təxirəsalınmaz işlər icra olunub: “Belə ki, qəsəbənin Bakıxanov və Xətai küçələrinə 100 maşın olmaqla kərpic qırıntısı, 200 maşın torpaq-karbonat tökülərək yayılmış, yollar qismən bərpa edilib. Digah qəsəbəsinin mövcud su-kanalizasiya problemlərinin həlli istiqamətində hər iki qurumun (Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) rəhbər şəxslərinin ərazidə dəfələrdə görüşü keçirilib, problemin həlli istiqamətində müzakirələr aparılıb. Sonuncu dəfə - 22 aprel 2025-ci il tarixində keçirilmiş baxış zamanı “Şor” gölünün suyunun 1,1 km uzaqlıqda yerləşən Mehdiabad kollektoruna vurulmaqla səviyyəsinin nizamlanması variantı irəli sürülüb və müvafiq texniki dəqiqləşmələrin aparılması və işin icrası yönündə tapşırıq verilib.

Son günlərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2 böyük xüsusi lilsorucu texnikası və Digah bələdiyyəsinin nasosları vasitəsilə qəsəbənin Xətai küçəsində fərdi yaşayış evlərinin həyətlərinə, dalanlara, zirzəmilərə, əhalinin gediş-gəlişinə maneə olacaq yerlərə dolmuş suyun kənarlaşdırılması işləri aparılıb və hazırda da sözügedən küçədə davam etdirilir. Həmçinin intensiv yağıntılar zamanı tullantı su şəbəkəsi mövcud olmayan yağış sularının ətrafa toplandığı və ya göl yaxınlığında salınan yaşayış məntəqələrinə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sukanal idarələrinin əməkdaşları cəlb edilir, suyun çəkilməsi istiqamətinə işlər müntəzəm icra edilir.

Əlavə olaraq diqqətə çatdıraq ki, 2024-cü ilin noyabr ayında ADSEA və RİH tərəfindən Xətai küçəsinə baxış keçirilib, drenaj və kollektor şəbəkəsinin qurulması ilə bağlı layihələndirmə işlərinə başlanılıb.

Qeyd edək ki, Digah qəsəbəsindən əlavə, Abşeron royonunun ən böyük şəhəri olan Xırdalanda, o cümlədən digər yaşayış massivlərində yağış sularının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində davamlı və təxirəsalınmaz önləyici tədbirlər həyata keçirilib və bu işlər hazırda da davam etdirilməkdədir”.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri