Icma.az
close
up
RU
Abşeron un baş məşqçisi: “Bizə sanki yuxarıdan aşağı baxırlar” İdman və Biz

Abşeron un baş məşqçisi: “Bizə sanki yuxarıdan aşağı baxırlar” İdman və Biz

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Əsas oyunçumuz Ceylon Şou sıralarımıza geri döndüyündən cəmi 1 məşqdə özünü sınamaq şansı olmuşdu”.

İdman.biz xəbər verir ki, bunu "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker deyib.

O, Azərbaycan Basketbol Liqasında NTD-yə məğlubiyyəti dəyərləndirib. Toker bildirib ki, bəzi oyunçuları istənilən oyunu göstərməyiblər: “Şou toparlanıb oynamağa çalışdı. Gənc oyunçularımız Məhəmməd Hüseynli ilə İsmayıl Abdullayev isə ilk yarını pis təsir bağışladılar. Rəqib onları təzyiq altında saxladı və uğursuz atışlardan sonra xal fərqi yaranmağa başladı. Bu, NTD-də özgüvəni artırdı, bizdə isə əksinə oldu. Mental olaraq çöküş yaşadıq. Sona doğru rəqibin etdiklərinə reaksiya verməyə başladıq. Məhəmməd Hüseynli yaxşı oynamağa başladı. Həm müdafiədə, həm də hücumda bizə fayda verirdi. Buna baxmayaraq fərqi qapada bilmədik və məğlub olduq”.

Baş məşqçinin sözlərinə görə, məğlubiyyətin digər bir səbəbi yeni ilin ilk ayında ardıcıl oyunların keçirilməsidir: “İstədiyimiz kimi məşq etməyə zamanımız yetmir. Yəni nələrisə dəyişdirəcək, inkişaf etdirəcək vaxtımız çox olmur. Heç nə edə bilmərik. Mövsümün bu hissəsi çətin oldu bizim üçün. Bir də bir məsələ haqqında fikir bildirmək istəyirəm. Komandamız gənclərin olduğu, aşağı büdcəli komandadır. Bizə sanki yuxarıdan aşağı baxırlar. Mən elə düşünürəm”.

Erhan Toker hakim qərarlarına da münasibət bildirib: “Hakimlər tərəfindən də verilən qərarlarda bunu hiss edirəm. Yanılada bilərəm. Bu oyunda biz pis oyun sərgiləyə bilərik, amma matçın çox da yaxşı idarə edildiyini deyə bilmərəm. Sanki bizim əleyhimizə çox qərar verildi. Bunu kimsə bilə-bilə edir demirəm. Sadəcə bariz şəkildə bizim lehimizə olan foullarda istədiyimiz qərar verilmirdi. Bu bəlkə də, bizim oyunçularımızın bədən dilindən qaynaqlanır. Hakimləri bu da çaşdıra bilər. Bütün bunları kənara qoysaq deyə bilərəm ki, komandamız toparlanacaq və yenidən qələbələr qazanacaq. Bu matça görə rəqib NTD komandasını təbrik edirəm”.

Qeyd edək ki, “Abşeron” NTD-yə 77:87 hesabı ilə uduzub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Yanvar 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri