Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

“İsveçlilərin bizə yuxarıdan aşağı baxacağına inanmıram”

“İsveçlilərin bizə yuxarıdan aşağı baxacağına inanmıram”

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Əslində yığmamız Qəbələdə keçirilən oyunda Estoniyanı məğlub edə bilməməklə həm də futbolumuzun real gücünü ictimaiyyətə göstərdi.

Bəli-bəli, vaxtilə, konkret SSRİ dönəmində klublarını “kötəklədiyimiz” ölkənin yığmasıyla bu gün bacarmırıq. Ona iki oyunun heç birində qalib gələ bilmirik və bunun da məntiqi nəticəsi kimi D liqasına yollanırıq. Belə nəticələr fonunda AÇ-2028-in final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacağımızla bağlı deyilənlər heç də inandırıcı görünmür. Bu gün daha bir çətin oyuna çıxacaq komandanın indiki durumu ilə bağlı bəzi sualları futbol veteranı, “Turan Tovuz”un məşqçisi Yunis Hüseynova ünvanladıq. Millimiz Estoniya ilə niyə bacarmadı? İsveçdən qələbə ilə dönmək şansımız nə qədərdi? D liqasında oynamaq yığmaya nə verəcək?
Yunis Hüseynov:

“Əlbəttə, Estoniya ilə oyunda hamımız qələbə gözləyirdik. Düzdü, əsas nəticədi. Bu dəqiqə yaxşı oyuna baxmırlar. Təbii ki, bizə də həmin qarşılaşmada nəticə lazım idi. İmkanlar olsa da, onlardan yararlana bilmədik. Düzdü, komandamız, demək olar, bütün oyunu rəqib qapısı qarşısında keçirdi. Bir neçə dəfə imkanlar da yaratdıq. Buna baxmayaraq, qol vurulmadı. Bu, bilavasitə yaxşı oyunun yox, nəticənin yadda qalmasının bariz sübutudu. Təbii, heç-heçə etmək yaxşı hal deyil. Estoniya ilə oyunda bizə 3 xal lazım idi. Təəssüf ki, 1 xalla kifayətlənməli olduq. O ki qaldı İsveçlə oyuna, heç-heçə də bizə kömək etmir. D liqasına düşməmək üçün bizə mütləq və mütləq qələbə lazımdı. Bu axşam bizə çətin olacaq. İsveç yığması Bakıdakı oyunda da qələbə qazandı. Düzdü, həmin oyunun 44-cü dəqiqəsində Ramil Şeydayev penaltini qola çevirsəydi, bəlkə də nəticə başqa cür ola bilərdi. Amma bu futboldu. İmkanlardan istifadə edə bilmədinsə, rəqib də boşluqlardan yararlanıb qələbə qazanır. İsveçlə oyun çox çətin olacaq. Hazırda qrupun lideridilər. İsveçlilərin bizə yuxarıdan aşağı baxacağına inanmıram. Bilirlər ki, ötən il Bakıda onlara 3:0 hesabıyla qalıb gəlmişdik. Ona görə bu oyuna da çox ciddi çıxacaqlar. Əlbəttə, komandamız bunu nəzərə alacaq. Ümid edək ki, bərabərə qalarıq. Mənə elə gəlir ki, bu, yaxşı nəticə olar. D liqasında o cür komandalarla oynamaq məcburiyyətindəyik. İstərdik ki, yaxşı ölkələrin milliləri ilə görüşək. Güclü komandalara qarşı çıxış edəndə istər-istəməz futbolçularda da artım olur. Amma o demək deyil ki, D liqasındakı komandalar futbol oynaya bilmir, zəifdilər. Bu dəqiqə bütün ölkələr müdafiə olunmağı da, hücum etməyi də bacarırlar. Yəni D liqasında oynayan komandalar da güclüdü. Deyim ki, aşağı liqaya düşən kimi bütün klubları məğlub edəcəyik, onu da gözləmək lazım deyil. Düşünürəm ki, orda da bütün oyunlar çətin olacaq. Təəssüf ki, D liqasına düşürük. Heç birimiz düşünməz, istəməzdik. Bütün ölkələrdə də inkişaf gedir. İnanaq ki, gələn ildən strategiyamız dəyişəcək. Səhv etmirəmsə, o gün dedilər ki, dekabrdan sonra, yanvar ayından artıq nə istəyiriksə, onu yerinə yetirəcəklər. Gözləyək, görək gələn ildən necə olur. Milli komandamıza uğurlar arzulayıram. İnanaq ki, yığmamız, heç olmasa, İsveçlə oyunda yaxşı nəticə əldə edəcək”.


RÖYANƏ OĞUZ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Noyabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri