Abşeronda dirəksiz qalan elektrik xətləri Hər an FACİƏ BAŞ VERƏ BİLƏR
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Abşeron rayonunun Məmmədli kəndində 15 ildən çoxdur istismara verilən elektrik dirəkləri tamamilə yararsız vəziyyətə düşüb.
Bu barədə Oxu.Az-a kəndin Fəxrəddin Əsədov küçəsinin sakinləri məlumat veriblər.
Sakinlər elektrik xətlərini saxlamaq üçün illər öncə küçəyə basdırılan şalbanların çürüyərək aşmağa başladığını deyiblər:
"Dirəklər yararsız vəziyyətdədir. Artıq bir neçəsi aşıb. Hər gün övladlarımız dərsə, özümüz iş-güc dalınca gedib-gəlirik. Bir yandan güclü külək, digər yandan havanın yağıntılı keçməsi istənilən an faciəyə səbəb ola bilər.
Bu zamana kimi yaranan problemin aradan qaldırılması istiqamətində hər hansı bir addım atılmayıb. Təkcə bizim küçədə yox, kəndin, demək olar, çox yerində bu problemə rast gələ bilərsiniz".
Təhməz Əsədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 14 Yanvar 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















