Icma.az
close
up
RU
Bakının altında ölüm “şəhəri”: Hər an böyük faciə baş verə bilər XƏBƏRDARLIQ

Bakının altında ölüm “şəhəri”: Hər an böyük faciə baş verə bilər XƏBƏRDARLIQ

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda yolların çökməsi ilə bağlı artan hallar ictimaiyyətdə narahatlıq doğurur. Bir müddət əvvəl gənc oğlanın asfaltın çökməsi nəticəsində kanalizasiya xəttinə düşməsi bu təhlükənin real olduğunu bir daha göstərdi. Ekspertlər xəbərdarlıq edirlər ki, paytaxtın alt infrastrukturu illərdir sistemsiz şəkildə formalaşdırılıb və ciddi problemlərlə üz-üzədir. Bu isə həm sürücülər, həm də piyadalar üçün birbaşa həyat təhlükəsi yaradır.

Bəs problemin səbəbi nədir, qarşısı necə alınmalıdır?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı Bakıda yol infrastrukturunun dağılmasının əsas səbəbi kimi keyfiyyətsiz və sistemsiz tikinti işlərini göstərib.

Onun sözlərinə görə, zamanında görülməyən profilaktik tədbirlər, düzgün planlaşdırılmayan su-kanalizasiya xətləri və yeraltı axınların nəzarətsiz qalması nəticəsində yollar və səkilər çökür, insanlar üçün təhlükə yaranır:

“Əgər sistemlər vaxtında və düzgün qurulsaydı, bu qədər ağır nəticələrlə üzləşməzdik. Vaxtilə çox ciddi səhvlərə yol verilib. Bu gün isə yollar, hətta səkilər artıq təhlükə mənbəyinə çevrilib. Bakının altı sanki görünməyən bir “dənizdir”. Yağış, kanalizasiya, qrunt suları və yeraltı axınlar düzgün tənzimlənmədiyindən çökmə hallarına səbəb olur. İnsanlar artıq qorxur ki, yolda gedərkən asfalt çökəcək”.

Elməddin Muradlı

E.Muradlı bu vəziyyətin aradan qaldırılması üçün təcili şəkildə geoloji tədqiqatların aparılmasını və infrastrukturun təhlükəli sahələrinin müəyyənləşdirilərək yenidən qurulmasını zəruri sayır:

“Bu şəhərin altında nə baş verdiyini bilmədən, problemi həll etmək mümkün deyil. Əgər hardasa təhlükə varsa, onun qarşısı əvvəlcədən alınmalıdır. Əks halda, biz sadəcə fəsadların baş verməsini gözləyirik – bu isə düzgün yanaşma deyil”.

Ekspert vurğulayıb ki, xüsusilə son qar yağışlarından sonra yolların vəziyyəti daha da pisləşib:

Qar və yağış yolları sıradan çıxarır. Artıq mən özüm də qorxu ilə küçədə hərəkət edirəm. Küçədə gedərkən yol hər an çökə bilər. Amma heç bir rəsmi qurum çıxıb vəziyyətlə bağlı açıqlama vermir. Demirlər ki, təhlükə var, ya da yoxdur. Bu məsələlərin üstündən susqunluqla keçilir.

Əslində bu, çox ciddi və köklü problem olduğu üçün onu qısa zamanda həll etmək də mümkün deyil. Milyardlarla vəsait tələb edən məsələlərdir və bu sahədə yeni qurumları da ittiham etmək düzgün olmaz. Amma risk getdikcə artır və insanlar real təhlükə ilə üz-üzədir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 İyul 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri