Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Abşeron rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, müxtəlif vaxtlarda qeydə alınmış görüntülərdə 90-OH-941 dövlət nömrə nişanlı “AzSamand” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edərək “şou” göstərib. Belə ki, o, yaşayış ərazisində əl əyləcini çəkərək avtomobili əks istiqamətə fırladıb.
Digər kadrlarda isə sürücünün nəqliyyat vasitəsinin arxa dövlət nömrə nişanına qanunla qadağan edilmiş göy işıq cihazı quraşdırdığı aydın şəkildə əks olunub.
Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı sözügedən sürücü - Bəşirov Nadir Cəsarət oğlu saxlanılıb. Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə N.Bəşirov 500 manat məbləğində cərimələnib, həmçinin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Nərmin
Oxunub 260
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 Yanvar 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















