Mərdəkanda əyləci çəkib maşını fırladan sürücü HƏBS EDİLDİ VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib. Onun sözlərinə görə, Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən 77-UH-176 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü - Tacəddin İsmayılov barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə T.İsmayılovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada həbs edilib.
Qeyd edək ki, bir gün öncə sözügedən sürücüylə bağlı saytımızda xəbər dərc olunmuşdu.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 04 Sentyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















