Icma.az
close
up
RU
Abşeronda Heydər Əliyevin anım günü qeyd olunub FOTOLAR

Abşeronda Heydər Əliyevin anım günü qeyd olunub FOTOLAR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Müstəqil və qalib Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət, xalqımızın Ulu Öndəri Heydər Əliyevin Anım günü Abşeron rayonunda dərin ehtiramla qeyd edilib.

"Unikal" xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, YAP Abşeron Rayon Təşkilatının, Abşeron RİH yanında İctimai Şuranın və Abşeron rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar və rayon ictimaiyyəti Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Parkda ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Xırdalan şəhərində yerləşən Bakı Mühəndislik Universitetində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı keçirilən tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Böyük tarixi şəxsiyyətin zəngin fəaliyyətinə dair videoçarxın nümayiş olunduğu tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyəti boyu inkişaf edən, milli dəyərləri ilə tanınan, xarici dövlətlər arasında özünə layiqli yer tutan güclü Azərbaycan naminə böyük əzmlə çalışıb və dönməz prinsipləri, misilsiz tarixi xidmətləri ilə adını dünyada ən nüfuzlu liderlər cərgəsinə daxil edib. Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrünə toxunan rektor 15 mindən artıq Azərbaycan gəncinin keçmiş SSRİ-nin adlı-sanlı ali məktəblərinə təhsil almağa göndərilməsini, milli kadrların hazırlanmasını, ana dilin inkişaf etdirilməsini və dövlət strukturlarında azərbaycanlı məmurların irəli çəkilməsi kimi xidmətlərini Ulu Öndərin gələcəyin müstəqil Azərbaycanı üçün atdığı olduqca mühüm addımlar kimi səciyyələndirib.

Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin idarəçiliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları nəzərə çatdırıb, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində bu fenomenal şəxsiyyətin mühüm roluna toxunub. Bildirib ki, bugünkü güclü, inkişaf etmiş, qalib Azərbaycan Heydər Əliyevin şah əsəridir. Görkəmli dövlət xadiminin əsasını qoyduğu mükəmməl idarəçilik konsepsiyası ilə ölkəmizin iqtisadi, hərbi uğurlar qazandığını deyən Abdin Fərzəliyev Qarabağın azadlığını, işğaldan azad olunan torpaqlarda aparılan quruculuq işlərini məhz Heydər Əliyevin müdrik siyasəti, bu siyasətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilməsi ilə əlaqələndirib. İcra başçısı öz xalqı üçün misilsiz işlər görən Ulu Öndərin hər zaman hörmətlə yad olunacağını söyləyib, eyni zamanda onun adını daşıyan Heydər Əliyev Fondunun humanitar istiqamətli fəaliyyətini, ölkənin sosial-iqtisadi inkişafında gördüyü mühüm işləri diqqətə çatdırıb.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə isə çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanı güclü təməllər üzərində inkişaf etdirdiyini, dövlət maraqlarını daim qoruduğunu, milli həmrəyliyə nail olduğunu vurğulayıb. Millət vəkili Heydər Əliyevin Azərbaycanın beynəlxalq siyasi və iqtisadi təşkilatlarla əməkdaşlığının qurulmasına nail olaraq ölkəmizi dünyada tanıtdığını deyib, həmçinin tarixi şəxsiyyətin ordu quruculuğu istiqamətində gördüyü mühüm işləri sadalayıb.

Sonda YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev çıxış edərək Heydər Əliyevin unikal şəxsiyyət, güclü iradə sahibi və siyasət ustası kimi böyük heyranlıq yaratdığını, mükəmməl xarici, həmçinin daxili siyasətinin Azərbaycana qazandırdığı uğurların qürurverici olduğunu deyib. O, Azərbaycanı qüdrətli dövlətə, beynəlxalq auditoriyalarda söz sahibinə çevirən Heydər Əliyevin həyatının çağdaş gəncliyə və bütün gələcək nəsillərə örnək olacağını vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Dekabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri