Icma.az
close
up
RU
Xəzər rayonunda Heydər Əliyevin anım günü qeyd olunub Fotolar

Xəzər rayonunda Heydər Əliyevin anım günü qeyd olunub Fotolar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

8 dekabr Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Zirə Mədəniyyət Mərkəzi “EKO-PARK”-da keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, rayonun idarə-təşkilat, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş filmə baxıblar.

Tədbirdə çıxış edən Elşən Salahov Ümummilli Lider Heydər Əliyevin mənalı həyatı və misilsiz xidmətlərindən danışaraq, Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu vurğulayıb. İstər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edərək ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd edərək, Ulu Öndərin şah əsəri müasir müstəqil Azərbaycan dövləti və azərbaycançılıq məfkurəsi bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir.

Şanlı zəfər yolundan söz açan E.Salahov diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilərək, ərazi bütövlüyümüzün bərpası edilməsi olub. 2020-ci ildə Vətən müharibəsində bu şanlı zəfəri bizlərə bəxş edən cənab Ali Baş Komandan İlham Əliyev, müzəffər ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimizin sayəsində bu arzunun çin olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, 149 nömrəli tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva, 156 nömrəli tam orta məktəbin tarix müəllimi Mənzər Ağabəyova və rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov Ümummilli Lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmaqla onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olduğunu, Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyduğunu qeyd ediblər. Vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, onun həyatı barədə danışıblar və Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.











Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri