Icma.az
close
up
RU
Abşeronda şəhid ailələrinin xanım üzvləri ilə birgə 8 Mart qeyd edildi

Abşeronda şəhid ailələrinin xanım üzvləri ilə birgə 8 Mart qeyd edildi

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Abşeron rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib.

Modern.az xəbər verir ki, Xırdalan şəhərində yerləşən Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, regional idarələrin, rayonun hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrin rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib. Dövlət Himnimizin oxunması ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriki səsləndirilib.

Şəhid analarını, həyat yoldaşlarını və əmanətləri olan qiz övladlarını bayram münasibəti ilə təbrik edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Azərbaycan qadınları Vətən müharibəsində özlərinin məğrurluğu, vətənpərvərliyi və milli təssübkeşliyi ilə bir daha fərqləniblər. Düşmən üzərində qazanılan şanlı qələbəmizdə qadınlarımızın əvəzsiz rolunun olduğunu, qəhrəmanlarımızın yetişməsində, onların boya-başa çatdırılaraq tərbiyə edilməsində, vətəni sevdirməsində anaların göstərdiyi fədakarlığı xüsusi vurğulamalı olduğumuzu qeyd edən RİH başçısı bildirib ki, ölkəmizin, o cümlədən Abşeron rayonun ictimai həyatında şəhid ailələrinin qadın üzvləri çox fəal təmsil olunur, dövlət idarəçiliyinin müxtəlif spektrlərində irəli çəkilib.

Sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron rayon Ağsaqqallar Şurasının və Saray bələdiyyəsinin sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Təyyubə Hüseynova çıxış edərək Azərbaycan qadınlarını təbrik edib, onların tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən danışıblar.

Sonda bədii hissədə ölkəmizin tanınmış incəsənət xadimlərinin və xalq artistlərinin ifasında konsert proqramı təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Mart 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri