Icma.az
close
up
RU
Abşeronda tədbir keçirildi Fotolar

Abşeronda tədbir keçirildi Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümü qeyd edilib. 

“Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın və Abşeron Ağsaqqallar Şurasının sədrləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Azərbaycanın bugünki inkişafı, qalib dövlət kimi dünya arenasında özünəməxsus yer tutması, tanınması və müasirləşməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndərin respublikamızın inkişafındakı və bir dövlət kimi məhv olmaq təhlükəsinin aradan qaldırılmasındakı misilsiz xidmətlərindən danışan RİH başçısı Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixindən başlayaraq ölkəmizdə yaşanan intibahdan, respublikamızda geniş vüsət alan hərtərəfli inkişafdan söz açıb, dahi şəxsiyyətin hər zaman qürur və iftixar hissi ilə xatırlandığını və yad edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın bundan sonrakı inkişafının, gələcəyinin və daha da güclənməsinin Ümummilli Lider Heydər Əliyevin ideyalarına bağlı olduğunu vurğulayan RİH başçısı əlavə edib ki, hər kəs bu ideyaları icra etmək üçün var gücü ilə çalışmalı və ona sadiq olmalıdır. 

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin uzaqgörən siyasəti, siyasi iradəsi və hərtərəfli düşünülmüş qərarları ilə xalqımız Vətən Müharibəsində şanlı zəfər çaldı, işğal altındakı torpaqlarımız azad olundu, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərqərar oldu. 

Sonra Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu öz mübarizliyi, qətiyyəti ilə müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə gəlməsinin mühüm tarixi hadisə olduğunu qeyd edən təşkilat sədri vurğulayıb ki, Ulu Öndər ömrünü dövlətimizin çiçəklənməsinə və rifahına, xalqımızın inkişafına həsr edib.

Sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Şəhid anası əlavə edib ki, Vətən Müharibəsində qazanılan qələbə də Ümummilli Liderin adı ilə bağlıdır. Çünki Ulu Öndərin təməlini qoyduğu ordu və milli kadrların hazırlanması, o cümlədən Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğı göstərməsi nəticəsində silahlı qüvvələrimiz öz gücünü günü-gündən artırdı və son nəticədə Qarabağ öz azadlığına, öz sahiblərinə qovuşdu. 

Daha sonra Vətən Müharibəsi qəhrəmanı, Qəzənfər Ağayev çıxış edərək xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərindən danışıb, müdrik siyasətçinin hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycanda iqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil sahələrində yüksək uğurlar əldə olunduğunu, ordu quruculuğunun əsasının qoyulduğunu və inkişaf etdirildiyini qeyd edib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin uzaqgörənliyi, ordu quruculuğunun müasirləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi ilə ölkəmizin qüdrəti daha da artıb. Hazırda silahlı qüvvələrimizin gücü bütün təxribatların qarşısını vaxtında almağa və lazımi cavabı verməyə tam qadirdir. 












Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 İyul 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri