Icma.az
close
up
RU
Abşeronda Novruz şənliyi keçirildi Video Fotolar

Abşeronda Novruz şənliyi keçirildi Video Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Abşeron rayonunda Novruz bayramı şənliyi təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, Abşeronda yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda baş tutan bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, YAP Abşeron rayon Təşkilatının sədri, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, regional idarələrin rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon sakinləri iştirak ediblər.

Hər il olduğu kimi, bu il də abşeronlular xalqımızın ən qədim bayramlarından olan Novruz şənliyinə xüsusi hazırlaşmışdılar. Bayramla əlaqədar “Yanardağ” Qoruğu Novruz atributları ilə bəzədilib, təhsil ocaqları öz stendləri ilə qonaqları sevindirib. Baharın gəlişindən, təbiətin oyanışından xəbər verən səməni və insanları birliyə, mehribanlığa, şadlığa dəvət edən bayram tonqalı şənliyə xüsusi sevinc qatıb. Dədə Qorqud və Bahar Qız iştirakçıları təbrik edərək abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Novruzun əsas simalarından olan Keçəl və Kosa uşaqları əyləndirib, onlarla oyunlar oynayıb, hədiyyələr paylayıblar.

Tədbirdə bildirilib ki, günü-gündən güclənən Azərbaycanın hər bir ərazisində Novruz şənlikləri ucalan qalib üzrəngli bayrağın altında cənfəşanlıqla, böyük sevinc və ümidlərlə qeyd olunur. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız Vətən Müharibəsindən sonra xalqımız Novruz bayramını artıq daha coşqulu, daha möhtəşəm qeyd edir. Bu zəfəri bizlərə yaşadan, Müzəffər Ali Baş komandan və onun “Dəmir yumruğ”u ətrafında birləşən qəhrəman, igid oğullarımızın sayəsində suverenliyimiz tam bərpa olundu və işğaldan azad olunan torpaqlarımız hazırda bayram tonqalları ilə isinir.

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri və müharibə iştirakçıları ilə birgə Qoruq ərazisində yaradılan bayram stendlərləri ilə tanış olub. Burada xalq oyunları, milli rəqslər, vətənimizi tərənnüm edən musiqilər, keçəllə kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları abşeronluların və turistlərin əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb.

Tədbirdə Vətən müharibəsi Qəhrəmanı, şəhid Veysəl Musibovun həyat yoldaşı Məryəm Həsənovanın, o cümlədən şəhidlərimiz Elmir Həsənovun və Azər Mikayılovun xalqımıza əmanət qalan övladları Elay Həsənlinin və Nuray Mikayılovanın doğum günləri təbrik edilib, onlara hədiyyələr təqdim olunaraq xatirə şəkilləri çəkilib.

Daha sonra açıq havada konsert proqramı təqdim edilib. Respublikamızın tanınmış incəsənət nümayəndələrinin ifasında mahnılar oxunub.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Mart 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri