Icma.az
close
up
RU
“Abşeron”un türkiyəli voleybolçusu: Final oyunlarında daha az səhv edən komanda çempion olacaq

“Abşeron”un türkiyəli voleybolçusu: Final oyunlarında daha az səhv edən komanda çempion olacaq

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 aprel, AZƏRTAC

Final oyunlarında daha az səhv edən komanda çempionu olacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət “Abşeron” komandasının türkiyəli oyunçusu Ecem Aknam Azərbaycan Yüksək Liqasının finalına vəsiqə qazanmaları barədə danışarkən deyib.

O, finaldakı rəqibin köklü və güclü komanda olduğunu bildirib: “Azərreyl”ə qarşı oynamaq hər zaman çətin olur. Heyətində təcrübəli voleybolçular var. Mövsüm ərzində “dəmiryolçular”a qarşı keçirdiyimiz görüşlərdə qalib gəlsək də, bu, böyük anlam ifadə etmir. Çünki final matçlarındakı atmosfer tamamilə fərqli olur. Rəqibi yaxşı analiz etmişik”.

Vaxtilə “Qalatasaray” və “Beşiktaş” komandalarında çıxış etmiş, Türkiyənin qadın voleybolçulardan ibarət gənclər komandası ilə dünya və ikiqat Avropa çempionu olmuş oyunçu “Azərreyl”in hansısa oyunçunu fərqləndirmək istəmədiyini söyləyib: “Hər voleybolçunun fərqli oyun üslubu var. Finallar qarşılaşmasında isə bu sistem tam olaraq dəyişir. Buna görə də rəqib üçün daha çox planlar qurmalısan. Çünki meydanda gözlənilməz hadisələrlə rastlaşmaq olar. İnanıram ki, çempion olacağıq”.

Qeyd edək ki, “Azərreyl” və “Abşeron” komandaları arasında ilk final matçı bu gün baş tutacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq görüş saat 15:00-da start götürəcək. Komandalar arasında ikinci görüş isə aprelin 24-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Çempion iki oyunun nəticəsinə əsasən məlum olacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see175

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see168

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri