Icma.az
close
up
RU
“Abşeron”un ikinci mərhələ konsepsiyası

“Abşeron”un ikinci mərhələ konsepsiyası

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“TotalEnergies”, SOCAR və XRG “Abşeron” yatağının işlənməsinin ikinci mərhələsinin konsepsiyasını müəyyən ediblər. Bu barədə “TotalEnergies”in Bakı ofisi məlumat yayıb.

Bildirilib ki, ikinci mərhələnin konsepsiyası dənizaltı hasilat və hasilatın sahilə çatdırılması sxemi əsasında qurulub. “Abşeron” yatağının tammiqyaslı işlənməsi çərçivəsində quyular suyun 500 metr dərinliyində qazılacaq. Quyuların layihə dərinliyinin isə 7 min metrdən çox olacağı proqnozlaşdırılır. Bu isə Xəzər dənizindəki ən dərin quyulardan sayılacaq. Həmin quyulardan hasil ediləcək karbohidrogenlər Səngəçal yaxınlığında sahilə 140 kilometrlik çoxfazalı boru kəməri (qaz + kondensat) vasitəsilə nəql olunacaq. Daha sonra qaz və kondensat ayrılaraq Səngəçal terminalının yaxınlığındakı Mərkəzi Emal Qurğularında emal ediləcək.

“TotalEnergies”in məlumatına görə, ikinci mərhələ çərçivəsində hasilatın pik həddi gündə 12,7 milyon kubmetr qaz (ildə 4,5 milyard kubmetr) və gündə 37 min barel kondensat təşkil edəcək. Bu da birinci mərhələdə hasil edilən həcmləri tamamlayacaq. Yeri gəlmişkən, “Abşeron” yatağının 2023-cü ilin iyul ayından etibarən fəaliyyət göstərən və illik 1,5 milyard kubmetr qaz, sutkalıq 12 min barel kondensatın hasilatını təmin edən ilkin işlənmə mərhələsi çərçivəsində hasilat sabit və təhlükəsiz səviyyədə davam etdirilir.

“Abşeron” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qaz və kondensat hasilatına isə 2023-cü il iyulun 10-da başlanılıb. Həmin ilin sonunadək JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) əməliyyat şirkəti tərəfindən “Abşeron” yatağından 0,3 milyon ton kondensat və 0,8 milyard kubmetr qaz çıxarılıb. 2024-cü ildə isə buradan 0,6 milyon ton kondensat və 1,5 milyard kubmetr qaz hasil olunub.

Xatırladaq ki, “Abşeron” qaz-kondensat yatağı ötən əsrin 60-cı illərində Azərbaycan geoloqları tərəfindən kəşf edilib. Yataq Xəzər dənizi şelfində, Bakıdan 100 kilometr cənub-şərqdə – “Şahdəniz” yatağından şimal-şərqdə, “Azəri–Çıraq–Günəşli” yataqlar blokundan isə cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon tona yaxın kondensat həcmində qiymətləndirilir.

“Abşeron” da qaz və kondensat hasilatı 2023-cü ilin iyul ayından etibarən JOCAP əməliyyatçı şirkəti tərəfindən həyata keçirilir. Tərəfdaşlarla olan razılaşma əsasında, SOCAR yataqdan hasil olan qazı alır, kondensat isə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəql olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Mart 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri