Icma.az
close
up
RU
ABŞı Ukrayna üçün döyüş ağcaqanadları yaratmaqda ittiham edən general Moskvada partladıldı

ABŞı Ukrayna üçün döyüş ağcaqanadları yaratmaqda ittiham edən general Moskvada partladıldı

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 17-də səhər saatlarında Moskvada, Ryazan prospektində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov partlayış nəticəsində həlak olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya "Telegram" kanalları məlumat yayıb. 

Onunla birlikdə sürücüsü də dünyasını dəyişib. Ölənlərin şəxsiyyəti rəsmən təsdiqlənməyib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin TASS-a verdiyi məlumata görə, partlayış Ryazan prospekti, 2/1 ünvanında baş verib. "Baza"nın məlumatına görə, əldəqayırma partlayıcı qurğu yaşayış binasının girişində dayanmış skuterin sükanına bərkidilə bilərdi. Partlayış dalğası binanın birinci mərtəbəsindən dördüncü mərtəbəsinə qədər pəncərələri qırıb, giriş qapısını qoparıb. Yaxınlıqdakı 3 avtomobilə də ziyan dəyib.

Rusiya İstintaq Komitəsi cinayət işi açıb və tibbi və partlayıcı ekspertiza təyin edib. "Bu faktla bağlı başlanmış cinayət işinin istintaqının gedişi və nəticələri nəzarət altındadır", deyə Moskva prokurorluğundan bildirilib.

Qeyd edək ki, 54 yaşlı Kirillov 2017-ci ildən Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi vəzifəsini tutub. General Ukraynaya qarşı müharibədə iştirak etdiyinə görə sanksiyalara məruz qalıb.

Hərbi münaqişə zamanı o, dəfələrlə Ukrayna Silahlı Qüvvələrini kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Oktyabrda Kirillov bildirib ki, Ukrayna ordusu Kursk vilayətinin Sudja şəhərində Qərbdə istehsal olunan kimyəvi silahdan istifadə edib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri tərkibində xlor, eləcə də boğucu təsirə malik zəhərli maddələr olan 155 mm çaplı DM-105 kasetli sursatlardan istifadə edib.

2022-ci ildə Kirillov Ukraynadakı "ABŞ-ın nəzarət etdiyi" biolaboratoriyalar haqqında məlumat verib, burada güya "Amerika sifarişçiləri" ağcaqanadları müxtəlif xəstəliklərin daşıyıcısı etmək niyyətində idilər. Daha sonra Kirillov xəbərdarlıq edib ki, virus daşıyan ağcaqanadlar Rusiya ordusuna qarşı istifadə üçün "yüksək texniki hazırlıq səviyyəsindədir". 

Bununla bağlı Rusiya ABŞ-ı pisləyən qətnamə hazırlayıb və BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarıb. Bununla belə, Amerika biolaboratoriyaları və "döyüş ağcaqanadları" olan pilotsuz uçuş aparatlarından bəhs edən sənəd uğursuza düçar olub - yalnız Rusiya və Çin sənədin lehinə səs verib, ABŞ, Böyük Britaniya və Fransa əleyhinə səs verib, Şuranın qalan 10 üzvü bitərəf qalıb.

Nizami Bağırov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Dekabr 2024 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri