Icma.az
close
up
RU
ABŞın yeni sanksiyalarından sonra Rusiyanın LNG tankeri İspaniyada

ABŞın yeni sanksiyalarından sonra Rusiyanın LNG tankeri İspaniyada

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın mayeləşdirilmiş təbii qazını (LNG) daşıyan tanker İspaniyada limana yan alıb. Bu, ABŞ-ın yeni sanksiyalarının qüvvəyə minməsindən əvvəlki müvəqqəti dövrdə baş verib.

Qaynarinfo "Bloomberg"ə istinadla xəbər verir ki, ötən ay "Qazprom"un Rusiya şimal-qərbindəki "Portovaya" LNG ixrac zavodunda yüklənmiş Cool Rover tankeri İspaniyanın Huelva şəhərindəki idxal terminalına yan alıb. 10 yanvar tarixində "Portovaya" Vaşinqtonun Moskvaya qarşı ən son və ən sərt sanksiyalar siyahısına daxil edilib. 

ABŞ Maliyyə Nazirliyinin məlumatına əsasən, "Portovaya" ilə aparılan əməliyyatlar 27 fevraladək tamamlanmalıdır. Yeni sanksiyalar ABŞ-ın Rusiyanın LNG alıcılarını bu ölkədən yanacaq almaqdan çəkindirməyə yönəlmiş son cəhdi hesab edilir. Bu tədbir nəticəsində Moskvanın Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq məqsəd qoyulub. Analitiklər sanksiyalar qüvvəyə mindikdən sonra tədarüklərin davam edib-etməyəcəyini diqqətlə izləyəcəklər.

Avropanın Ukraynadakı müharibə səbəbindən artan gərginliklərə baxmayaraq, enerji ehtiyaclarını ödəmək üçün hələ də Rusiyadan LNG idxal etməyə hazır olması müşahidə edilir. Ötən il Rusiyadan Avropaya LNG tədarükü rekord səviyyəyə çatmışdı.

Xatırladaq ki, 1 yanvar tarixində Ukrayna Rusiyadan qaz ötürülməsini dayandırıb və bu, Avropaya Rusiya iqtisadi təsirinin uzunmüddətli dövrünü bitirib. Lakin bu addım mövcud problemləri tamamilə həll edə bilməyib.

Bloomberg müşahidəçisi Xavyer Blas qeyd edir ki, 2025-ci ildə Avropada yayda qaz qiymətləri əhəmiyyətli dərəcədə arta bilər. Bununla yanaşı, soyuqların kəskinləşməsi qaz ehtiyatlarının son yeddi ildə heç vaxt olmadığı qədər sürətlə azalmasına səbəb olub.

Bu vəziyyətlə üzləşən dünya, təbii qaz tədarükləri uğrunda mübarizəyə hazırlaşır. Bu da Avropada istehlakçıların ödənişlərinin artması ilə yanaşı, Asiyadan Cənubi Amerikaya qədər daha kasıb ölkələrin bazara çıxışını itirəcəyi riski ilə nəticələnə bilər.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Yanvar 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri