ABŞnin ardınca İtaliya və İspaniya Kiyevdəki səfirliklərini bağlayıblar Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniya, Yunanıstan və İtaliya Ukraynaya kütləvi hücum təhlükəsi səbəbindən Kiyevdəki səfirliklərini bir gün, noyabrın 20-də bağlamaq qərarına gəliblər.
BAKU.WS xəbər verir ki, bu barədə "Agencia EFE" məumat yayıb.
Kiyevə və ümumilikdə Ukraynaya kütləvi hava hücumla bağlı məlumatdan sonra Avropa ölkələri Kiyevdəki səfirliyini müvəqqəti bağlanmağa qərar verib.
Səfirliklər Ukraynada yaşayan vətəndaşlarına elektron məktublar göndərərək, onları fövqəladə təhlükəsizlik tədbirləri görməyə, yerli hakimiyyət orqanlarının bütün tövsiyələrinə əməl etməyə və sığınacaqla bağlı qayğı göstərməyə çağırıb.
Qeyd edək ki, ABŞ səfirliyi öz saytında bu gün, noyabrın 20-də mümkün yüksək intensivlikli hava hücumu ilə bağlı məlumat yerləşdirib. Qabaqlayıcı tədbir olaraq, Kiyevdəki səfirlik bu gün ziyarətçilər üçün bağlı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 20 Noyabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















