Icma.az
close
up
RU
ABŞnin ərazi iddiaları dünyaya fəlakət gətirəcək Siyasi şərh

ABŞnin ərazi iddiaları dünyaya fəlakət gətirəcək Siyasi şərh

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu, nəticə etibarı ilə üçüncü dünya müharibəsi ilə tarixə düşə bilər


İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq nizamın tam sıradan çıxarılmasının vacib mərhələsi başlayıb. Bu nizamı əsaslı şəkildə silkələyən amillərdən biri də Donald Trampın yenidən prezident seçilməsidir. Hələ səlahiyyətlərinə başlamayan Trampın Danimarkanın Qrelandiyasını tərkibinə tələb etməsi, digər narahatedici açıqlamaları ilə yanaşı dünyada beynəlxalq hüququn süqutunu, güc faktorunun isə əsas şərtə çevrildiyini mübahisəsiz sübut edir.


 ABŞ-nin istək və davranışları, bütövlükdə prosesin dünya ölkələrinin təhlükəsizliyi və suverenliyi üçün real təhlükələr vəd edir, yeni dünya nizamını formalaşdırır. Siyasi şərhçi Vüqar Dadaşovun “Sherg.az”a açıqlamasına görə, proseslər köhnə dünya nizamının əsas atribut və dayaqlarına olan beynəlxalq struktur və birliklərə inamı sarsıdacaq və bu, beynəlxalq təşkilatların əhəmiyyətini itirəcək. Ekspert qeyd edib ki, gücün haqqı beynəlxaq hüququ əhəmiyyətsiz hala gətirdiyindən ilk növbədə Birləşmiş Millətlər Təşkilatı suquta uğrayacaq, ən yaxşı halda isə əsaslı struktur islahatına gedəcək: 

“ABŞ özünün rəhbəri olduğu NATO üzvlərinə təhdid və təhlükə yaratdığından NATO-nun da indiki formatda dayanacağı çox çətin görünür. Əlbəttə ki, İkinci Dünya müharibəsindən sonra dünya nizamını tarazlayan Varşava hərbi blokunun ləğvinin ardından, yeni dünya nizamında NATO-nun da eyni taleyi yaşayacağı şübhə doğurmur. Ancaq proseslər yeni tarazlayıcı hərbi blok ortaya çıxara bilsə, NATO-nun da yeni reallıqlara uyğun yenilənməsi mümkündür. Yeni dünya nizamında iki güc mərkəzi deyil, bir neçə güc mərkəzinin, blokların yaranması real ehtimaldır. Donald Trampın Danimarkadan Qrelandiya tələbi Avropa Birliyi ölkələrini NATO-dan kənar müdafiə mexanizmi düşünməyə məcbur edir. Danimarka baş naziri bu məsələdə Aİ-nin dəstəyinə ümid etdiyini bildirib. Donald Trampın rəhbərliyi ilə ABŞ-nin Qrelandiya, Panama kimi tələbləri dövlətlərin Rusiya və Çin ətrafında birləşməsinə gətirib çıxara bilər”.


Siyasi ekspert hesab edir ki, indiki halda Amerikanın sözügedən dövlətlərə qarşı ərazi tələbi, onların suverenliyinə hörmətsizliyi, Rusiyanın Ukraynaya, İsrailin Yaxın Şərq ölkələrinə qarşı işğalçılıq müharibəsinə, Fransanın və sair ölkələrin müstəmləkə siyasətinə haqq qazandırır: “Adını çəkmədiyimiz bəzi ölkələr də, beynəlxalq arenada yaranmış fürsətdən istifadə etmək qərarına gələ bilər.

Yenidən prezident seçilən Donald Trampın bu açıqlamalarının domino effekti ilə dəhşətli dağıntılara səbəb olacağını təxmin etməməsi mümkün deyil. Axı Trampın narahatedici açıqlamaları özlüyündə Rusiyanın əlini gücləndirir, onun öz ətrafına daha çox müttəfiq və tərəfdaş toplanmasına zəmin yaradır”.

V.Dadaşov hesab edir ki, ABŞ-nin Qrelandiya, Panama istəkləri əsasən Amerikanın hökmranlığını qorumaq, xüsusən də Çin başda olmaqla bəzi ölkələrin inkişafını əngəlləmək niyyətinə söykənsə də, nəticəsinin dünyaya fəlakət gətirəcəyi şübhəsizdir. Bu nəticə üçüncü dünya müharibəsi ilə tarixə düşə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Yanvar 2025 03:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri