Icma.az
close
up
RU
ABŞnin Ermənistan sevgisinin arxasında nə durur? RƏY

ABŞnin Ermənistan sevgisinin arxasında nə durur? RƏY

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət başçımızın Dimitri Kiselyeva verdiyi müsahibədə Ermənistanın silahlandırılması məsələsini xüsusilə qeyd etdi. Heç sirr deyil ki, Fransa və Hindistan nümayişkaranə şəkildə, ABŞ isə gizli formada Ermənistanı silahlandırır. Yəni biz, Ermənistana silah daşıyan ABŞ hərbi yük təyyarələrini izləmişik. O cümlədən, ABŞ generalı Baş Qərargahında oturub Ermənistan silahlılarının idarə edilməsi ilə məşğuldur. Həm də Ermənistan sərhədimizə yerləşdirilmiş Aİ-nın müşahidə misiyasını da NATO bazasına çevirmişdir və kəşfiyyat məlumatları yığmaqla məşğuldur.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, onların Ermənistanı silahlandırmaqda məqsədi erməniləri yenidən revanşizmə hazırlamaq və sülh müqaviləsinin imzlanmasına mane olmaqdır.

"Çünki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanıb, əməkdaşlıq mühiti formalaşarsa, onlara Cənubi Qafqazda yerləşməyinə başqa bir bəhanələri qalmayacaqdır. Ona görə də Ermənistanı silhalandrmaqla ora yerləşmək Qərbin çirkin planlarının tərkib hissəsidir. Qərbin Cənubi Qafqazda yerləşməsində məqsədi regionda nəzarəti ələ almaq və öz istəklərini reallaşdırmaqdır".

Deputat qeyd edib ki, amma Ermənistan Qərbin vədlərinə inanıb ölkəmizə qarşı təxribata əl atarsa, onları məhv edəcəyik. Ermənistan anlamalıdır ki, əgər yenidən müharibə baş verərsə nə Fransa, nə də ABŞ əsgəri əlinə silah alıb erməni əsgərinin əvəzinə Azərbaycan əsgəri ilə üz-üzə gəlməyəcəkdir. Necə ki, 44 Günlük Vətən Müharibəsi və keçən il keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı onlar kənarda dayandıqları kimi yenə də kənarda dayanacaqlar. Ermənistan isə müharibə plasına çevriləcək və yeni faciə ilə qarşılaşacaqdır. Çünki onlar Ermənistana silahlar verdikcə, Azərbaycan da öz hərbi büdcəsini artırır və ordumuzun müdafiə qabiliyyəti daha da gücləndirməyə məcbur olur.

“Bu baxımdan Ermənistan silahlı qüvvələri heç vaxt Azərbaycan ordusundan güclü ola bilməz. Ölkəmizin müşahidə texnologiyaları Ermənistanın dərinliyində olan hərbi bazalarını da izləməyə imkan veirir. Bu baxımdan yenidən hərbi eskalasiya baş verərsə, silahların harada yerləşməsindıən asıllı olmayaraq ordumuz üçün legitim hərbi hədəf hesab olunacaq və məhv ediləcəkdir”.

A.Badamov vurğulayıb ki, dövlət başçımızın müsahibədə verdiyi mesajlardan Ermənistan rəhbərliyi nəticə çıxarmalı və yenidən faciələrlə qarşılaşmamaq, Azərbaycanla sülh müqaviləsi imzalanması üçün təqdim olunmuş şərtləri icra etməlidir.

Digər müsahibimiz, Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, sülh müqaviləsindən danışan Ermənistan əsasən Fransa və Hindistan tərəfindən sürətlə silahlandırılır və burada əsas məsələlərdən biri də odur ki, bu silahlar daha çox öldürücü və hücum silahlarıdır.

Deputat qeyd edib ki, Ermənistanın sülhdən danışaraq sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bildirməsi, paralel olaraq silahlanması onu deməyə əsas verir ki, Ermənistan bu məsələdə səmimi deyil və bu silahlanma bir növ yarışa bənzəyə bilər, ancaq biz məcburuq ki, müdafiə xəclərimizi artıraq. Ancaq Ermənistan unutmasın ki, bizimlə bu məsələdə yarışa bilməyəcək, nə qədər kənardan onlara silah verilsə də, onlar bizimlə bu məsələdə rəqabət apara bilməzlər.

"Dövlət başçımızın da bildirdiyi kimi, biz müdafiə və təhlükəsizlik xərclərimizə hər zaman diqqət edəcəyik və ərazimizdə, sərhədlərimizin kənarında baş verən eskalasiya proseslərinə biganə qala bilmərik. Çünki bizim Ermənistanla min km-dən artıq sərhədimiz mövcuddur və bu sərhəd yaxınlığında azərbaycanlılar yaşayır, məskənlər salır, ərazilərə köçürülür, bu insanların təhlükəsizliyinin təmin edilməsi isə ilkin şərtdir".

Silahlandırmanın əsas məqsədinə diqqət yetirən Vüqar İskəndərov vurğulayıb ki, Ermənistanı silahlandırmaqla, iki ölkə arasında baş verən sülh gündəliyinə zərər vurmaqdır. Çünki Azərbaycan və Ermənistan vasitəçi olmadan, sərhədlərin demarkasiya və delimitasiya olunması, komissiyanın formalaşdırılması bir çox siyasi proseslərdə bir-birinə anlayış göstərməsi çox yaxşı nümunə ortaya qoydu və bu şər anti-Azərbaycan qüvvələr artıq bu məsələdə narahat oldular və onlar anladılar ki, belə davam etsə, sülh müqaviləsi imzalana bilər. Deputat bildirib ki, həmin müqavilənin imzalanmaması üçün hazırda həmin qüvvəlır bütün şər maşınlarını işə salıblar.

Aminə Nəzərova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 19 Dekabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri