Icma.az
close
up
RU
Ermənistan ABŞnin əlaltısına çevrilib RƏY

Ermənistan ABŞnin əlaltısına çevrilib RƏY

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Ermənistan-ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayıblar. 

Əslində bu ötən ilin aprelində Ermənistanın baş naziri Paşinyan, Ursula Fon der Lyayen və Antoni Blinken arasında keçirilən görüşün nəticəsi kimi də dəyərləndirilə bilər. Həmin görüşdə Ermənistan üçün təhlükəsizlik tədbirləri məsələsi müzakirə olunmuşdu. Ardıyca da Ermənistana müəyyən dəstək nümayiş etdirildi və bu dəstəklər simvolik xarakter daşıyırdı.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində politoloq Elşad Mirbəşiroğlu bildirib.

Politoloq hesab edir ki, ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq sənədinin imzalanması, hər şeydən öncə diplomatik addım kimi qəbul oluna bilər. ABŞ ilə Ermənistan arasında müxtəlif, ayrıca olaraq da hərbi sahədə son dövrlərdə ciddi əməkdaşlıq müşahidə olunmaqdadır və strateji tərəfdaşlıq sənədində Ermənistan sərhəddində ABŞ sərhəçilərinin də xidmət göstərməsi məsələsi öz ifadəsini tapıb və Ermənistana hərtərəfli dəstəyin göstərilməsi qeyd olunub. Bu o deməkdir ki, Ermənistan artıq ABŞ-nin əlaltısına çevrilib. Qərb Ermənistanda özünün həm siyasi, həm də hərbi mövcudluğunu kifayət qədər təmin edib. ABŞ ilə strateji tərəfdaşlıq sənədinin imzalanması sözsüz ki, Ermənistana deyil, ABŞ-yə çox faydalı olacaqdır.

Ermənistan və ABŞ arasında imzalanan sənədin məqsədinə toxunan E.Mirbəşiroğlu bildirib ki, Cənubi Qafqaz regionunda təsir imkanlarını genişləndirmək və bununla da Ermənistan ərazisindən istifadə edərək reallaşdırılmasıdır. Bir qayda olaraq, müxtəlif coğrafiyalardakı bu günə qədər müşahidə olunan təcrübələr göstərir ki, belə rolda çıxış edən dövlətlər heç də yaxşı aqibətlə üzləşmirlər.

“Ermənistan getdikcə özünü daha da çıxılmaz vəziyyətə salmaqdadır. Çünki regionun reallıqları fərqlidir. Ayrıca olaraq, Ermənistanla Rusiya arasında oturuşmuş münasibətlər sistemi, əlaqələr mövcuddur. Ermənistan bunlardan uzaqlaşarsa, özünə çox böyük zərbə vurmuş olacaq. Buna səbəb, Ermənistan iqtisadiyyatının Rusiyadan asılı olmasıdır. Avrasiya İqtisadi İttifaqı Ermənistan iqtisadiyyatı üçün ciddi dividentlər təqdim etməkdədir və bunları Qərb əvəzləyə bilməyəcək. Çünki, Qərbin özünün də çox sayda problemləri mövcuddur. Bir sözlə, burada itirən Ermənistan tərəfi olacaqdır. ABŞ üçünsə əsas məqam ondan ibarətdir ki, öz mövcudluğunu Ermənistanda genişləndirsin, bununla da Cənubi Qafqaz regionuna təsir etmək imkanlarını tam olaraq bərpa etsin. Bu da Ermənistan üçün yaxşı heç nə vəd etmir”.

Politoloq düşünür ki, bundan sonrakı mərhələdə Ermənistanla Rusiya arasında gərginlik daha da dərinləşəcəkdir. Lakin məsələnin bir tərəfi də ondan ibarətdir ki, Ermənistanla ABŞ arasında imzalanmış sənədin şərtlərinə uyğun nəticələrin əldə olunmasıdır. E.Mirbəşiroğlu hesab edir ki, bu, ABŞ üçün çox da maraqlı olmayacaq. ABŞ onun üçün daha strateji olan məqamları diqqətdə saxlayacaqdır. Bu da müvafiq olaraq, ABŞ-nin maraqlarına cavab verəcək.

"Bir sözlə, Ermənistan rəhbərliyi tam olaraq kənardan idarə olunur. Ermənistanın maraqları istiqamətində ciddi addımlar atmaq iqtidarında olmadığını növbəti dəfə nümayiş etdirir. Bu gün Ermənistanın mövcud olduğu reallıqlar, tamamilə fərqlidir və Ermənistandan daha ehtiyatlı davranış tələb edir. Ermənistan gördüyümüz kimi, atdığı addımlarla həm yerləşdiyi regionun təhlükəsizliyi üçün təhdidlər yaradır, həm də özünün bundan sonrakı mərhələdə gözləntiləri ilə bağlı sualların sayını artırmış olur".

Digər müsahibimiz politoloq Əli Zülfüqaroğlu isə deyir ki, Bayden administrasiyasının səlahiyyətlərinin icrasının bitmə ərəfəsində bu addımı atması müəyyənləşdirdikləri strategiyanın davam etməsinə xidmət edir. Sənədin məqsədi Ermənistan ordusunun daha müasir silahlarla təchiz olunmasına yönəlib və bu o deməkdir ki, Bayden administrasiyası müxtəlif bölgələrdə olduğu kimi, Cənubi Qafqazda da gərginliyin davam etməsinə çalışır və bu addım Tramp dönəmində də gərginliyin davam edilməsi üçün müəyyən “əsaslar” formalaşması üçün atılır.

"Ona görə də məqsəd Ermənistan ordusunun gücləndirilməsi və danışıqlar masasında Ermənistanın özünü güclü hiss edərək arxayınlaşması və nəticədə Azərbaycanın təklif etdiyi danışıqlarından imtina etməsi ilə sülhdən yayınmağa xidmət edir. Bu isə əlbəttə ki, Cənubi Qafqazda gərgin vəziyyətin davam etməsinə yönələn siyasi xəttdir. Proses kifayət qədər təhlükəli məqamları önə çıxarır və Cənubi Qafqazda destabilizasiyanın yaranmasına xidmət edir.

İran rəsmilərinin bir müddət öncə Ermənistana səfərinin şahidi olduq. İranda Ermənistanın bu addımı atması ilə bağlı məlumatlar vardı. İran da bunlardan narahat olaraq Ermənistanla danışıqlara getməyə çalışırdı, ancaq gözlənilən nəticə o oldu ki, Ermənistan ABŞ ilə bu addımı atdı. Əlbəttə ki, bu, Rusiya üçün də arzuolunan mənzərə deyil və Rusiya tərəfindən gələn ilkin açıqlama da məhz bunu deməyə əsas verir. Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olaraq Ermənistan-ABŞ münasibətləri inkişaf edə bilər. Daha doğrusu, Ukrayna məsələsində əldə olunan razılaşmanın nəticəsinə görə ABŞ ilə Ermənistan arasında əlaqələr inkişaf edəcək.

Tramp Rusiyayla münasibətləri normallaşdırmaq istiqamətində addımlar atmaq haqqında seçkidən öncə də açıqlama vermişdi. Bu isə o deməkdir ki, bu qərarın işlək mexanizmə çevrilməsi sual altındadır. Çünki ABŞ-nin yeni administrasiyasının fərqli strategiya yürütməsi bu qərarın inkişafına mane ola bilər. Bu sənəd bölgədə kifayət qədər riskli məqamlar yaratsa da, bundan sonrakı dönəmdə Trampın yürüdəcəyi siyasətdən çox şey asılı olacaq".

Aminə Nəzərova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 15 Yanvar 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri