Icma.az
close
up
RU
Tramp RusiyaUkrayna müharibəsini dayandıra biləcək? ABŞnin dərin dövləti...

Tramp RusiyaUkrayna müharibəsini dayandıra biləcək? ABŞnin dərin dövləti...

Milli.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin yeni prezidenti Donald Tramp olub. O, ABŞ-nin 47-ci prezidenti seçilib. Seçkilərdə Kamala Harrisi üstələyən Donald Tramp bundan əvvəl 2017-2021-ci illərdə ABŞ-yə rəhbərlik edib. Aylardır Rusiya-Ukrayna müharibəsini bitirəcəyinə dair söz verən Tramp bu vədinə əməl edəcək?

Tramp Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək?

Donald Trump Rusiya-Ukrayna müharibəsinə dair vəd verərək, yenidən prezident seçiləcəyi təqdirdə münaqişəni 24 saat ərzində sona çatdıracağını bildirib. O, bu hədəfə həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə münasibətlərindən istifadə edərək çatacağını vurğulayıb. Tramp hər iki tərəfi danışıqlara məcbur etmək üçün Ukraynaya daha böyük dəstək verəcəyini və Rusiyaya təzyiq göstərəcəyini irəli sürüb. Tramp konkret plan açıqlamasa da, ABŞ-nin Ukraynaya maliyyə dəstəyinin miqyasını və bu yardımların ölkənin milli maraqlarına uyğun olub-olmadığını sorğulayıb. Trampın yanaşması, Ukraynanın ərazi bütövlüyünü tam bərpa etməkdən çox, münaqişəni mümkün qədər tez sona çatdırmağı prioritetləşdirir.

"ABŞ-nin dərin dövləti Rusiyanın Ukraynada qələbə qazanmaması üçün çalışır"

Bu sözləri siyasi ekspert Elxan Şahinoğlu Milli.Az-a açıqlamasında deyib. O bildirib ki, Tramp Ukraynaya hərbi və maliyyə yardımını azaltmaq və ya tamamilə dayandırmaq yolu ilə müharibəni bitirmək istəyirsə, qarşısındakı əsas maneə məhz həmin dərin dövlət olacaq.

"Donald Tramp yanvarın 20-də aniçmə mərasimindən sonra verdiyi vədləri yerinə yetirməyə başlayacaq. Beynəlxalq aləmin əsas diqqəti Trampın Rusiya-Ukrayna müharibəsini sona çatdırmasıyla bağlı daha əvvəl verdiyi vədi necə yerinə yetirəcəyi ilə bağlıdır. ABŞ-nin dərin dövləti Rusiyanın Ukraynada qələbə qazanmaması üçün çalışır, bu siyasət Ukraynanın ərazi bütövlüyünü təmin etməsə də, hər halda müharibənin Kremli xeyrinə bitməsinə əngəldir. Tramp Ukraynaya hərbi və maliyyə yardımını azaltmaq və ya tamamilə dayandırmaq yolu ilə müharibəni bitirmək istəyirsə, qarşısındakı əsas maneə məhz həmin dərin dövlət olacaq".

Rusiya-Ukrayna müharibəsi

Rusiya-Ukrayna müharibəsi 24 fevral 2022-ci ildə Rusiyanın genişmiqyaslı hücumu ilə başlayıb və bu, 2014-cü ildə Krımın ilhaqı ilə başlayan gərginliyin davamı kimi qəbul olunur. Müharibənin erkən mərhələsində Moskva tez bir zamanda Kiyevi ələ keçirmək məqsədini daşısa da, Ukrayna güclü müqavimət göstərdi və münaqişə uzandı. Rusiya, Ukrayna şəhərlərinə, xüsusilə Mariupol və Zaporojiya ərazilərinə raket zərbələri endirdi ki, bu da geniş miqyasda dinc əhali arasında itkilərə səbəb oldu. Avropa ölkələri Ukraynaya hərbi və iqtisadi yardım göstərərək Rusiyaya qarşı sanksiyalar tətbiq etdi. Qara dəniz üzərindən taxıl ixracı ilə bağlı sazişlər isə qlobal ərzaq təminatında yaranmış böhranı az da olsa yüngülləşdirdi. Eyni zamanda, Zaporojiya Atom Elektrik Stansiyasının nəzarətə alınması bölgədə böyük təhlükəsizlik narahatlıqları yaratdı. Ukraynanın şərq və cənub bölgələrində döyüşlər davam edərkən, bu münaqişə həm beynəlxalq siyasətdə, həm də qlobal ərzaq təhlükəsizliyində ciddi dəyişikliklərə səbəb olub.

İslam
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Noyabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri