Abubakardan ağıl dolu oyun gəzə gəzə bir qol vurdu, bir asist etdi
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qəbələ" ilə oyunun ilk hissəsi "Neftçi" üçün bir kabus idi. Müdafiədə kobud səhvlər, irəli xətdə yaradıcılıq əskikliyi... Bir sözlə heç nə qaydasında getmirdi. Bəxtləri onda gətirdi ki, Kenan Piriç həmişəkindən fərqli olaraq, çərçivədə etibarlı oyun nümayiş etdirirdi. Əks halda fasiləyə qədər yenik duruma düşəcəkdilər.
Samir Abasov fasilədə futbolçulara nə dedi, nə demədi ikinci hissədə toparlana bildilər. Əslində, tək sözün gücü yox, doğru əvəzetmənin də rolu böyük oldu. Hamı Abubakardan danışsa da, gedişatı dəyişən adam Metyu İfeanyi oldu. Ötən tur "Araz-Naxçıvan"la matçda debüt edən nigeriyalı "Neftçi" üçün tapıntı sayılmalıdır. Bir ilə yaxındır futboldan uzaq qalan futbolçu o qədər sərbəst, o qədər effektiv oynayır ki, sadəcə zövq verir onu izləmək. "Qəbələ" ilə oyunda da ən yaxşılardan oldu, qol da vurdu.
Amma sözsüz ki, hamı Abubakarı izləmək istəyirdi. Belə ulduz oyunçuların Premyer Liqamıza gəlməsi hadisədir futbolumuz üçün. Abubakar master-klass göstərdi. İdeal formasından uzaq olan ulduz futbolçu "gəzə-gəzə" bir qol vurdu, bir asist elədi. Ağıl dolu oyun sərgiləyən hücumçunun hər hərəkəti "notlar" kimi səpələnirdi meydana. Hələ ki ağır görünür, bir az "yüngülləşsə", rəqib müdafiəçilər üçün başağrıya çevriləcək.
"Qəbələ" üzərindəki qələbədə Ortisi də vurğulamaq lazımdır. Luis demək olar ki, hər matçda fəal qoşulur oyuna. Bu dəfə də istisna olmadı. Abubakarın qolunda onun əməyi böyük oldu.
Həmid
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 27 Oktyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















