Icma.az
close
up
RU
Abubakardan “Neftçi”yə yar olmaz

Abubakardan “Neftçi”yə yar olmaz

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aşkar autsayder “Kəpəz”i çıxsaq, “Neftçi” 6 turu arxada qalan cari mövsümdə ən az qol vuran komandadı. Bu üzdən “ağ-qaralar”ın əlimyandıda hücumçu axtarması təbiidi. Onların baş məşqçisi Samir Abasov də “Karvan-Yevlax”la oyundan sonra Vinsent Abubakarla danışıqlar apardıqlarıı təsdiqləyib. Bəs kamerunlu futbolçu “Neftçi”də uğurlu ola bilərmi?

Karyerası çempionatımıza baxanda çox böyükdü. “Loryan”, “Portu”, “Beşiktaş”, “Əl-Nəssr” kimi klublarda oynayıb. Çempionlar Liqasında 24 oyuna 13 qol vuran mərkəz hücumçusu karyerası ərzində 429 oyuna çıxıb, 171 qol, 55 məhsuldar ötürmə ilə yadda qalıb, iki dünya çempionatında iştirak edib. Elə də pis statistika deyil. Amma bu Abubakar o Abubakardımı?
İki mövsüm əvvəl “Beşiktaş” onu göndərmək üçün əlindən gələni etdi. Ehtiyat oyunçular skamyasında saxladı, heyətdən çıxardı… Nəhayət, kamerunlu gedəndə də bütün “Beşiktaş” azarkeşləri bir-birini təbrik etdi. Vinsent 2023/24 mövsümünü “qartal”ın heyətində yaxşı nəticələrlə başa vursa da, ötən mövsüm ağır vəziyyətdə olan “Hatayspor”a gəldi. Zəif klubda fərq yarada bilmədi, kamerunlunun komandası 1-ci liqaya yuvarlandı.
Hazırda cəmi 1,2 milyon avro “transfermarkt” dəyəri var. “Neftçi”nin bir neçə futbolçusundan daha az qiymətdi. Yəni komandaya gəlsə, ən çox maaş alan futbolçu olsa, Cenk Sümərin yaratmağa çalışdığı maddi balans yenidən pozulacaq. Azərbaycan çempionatı başqa ölkələrə nisbətdə zəif görünə bilər, amma zəif olduğu qədər də çətindi. Güclü yox, çətin. Burda Abubakarın “baş çıxaracağına” heç kim zəmanət vermir. 33 yaşı olan Vinsentin karyerası artıq üç mövsümdü tükənib. Bunu qəbul etmək lazımdı. “Neftçi”yə xeyir verəcəyi də böyük sual altındadı.
İki mövsüm əvvəl “Neftçi”yə Konfrans Liqasının təsnifat mərhələsinin hər iki oyununda qol vuran Abubakar elə o mövsüm klub rəhbərliyinin “qara siyahısı”nda idi. Ümid edək ki, gəlməyəcək. Gəlsə də, kluba ağır maddi ziyan vurmaz, onunla uzunmüddətli müqavilə bağlanmaz. Yoxsa vay “Neftçi”nin halına…
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see688

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see398

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see243

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see221

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see198

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see195

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see193

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see192

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see189

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see186

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see183

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see177

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see176

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see175

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see174

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see160

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri