Icma.az
close
up
RU
Abubakarın arxasınca qaçmamışdıq Samir Abasov

Abubakarın arxasınca qaçmamışdıq Samir Abasov

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində MOİK-ə 6:2 hesabı ilə qalib gələrək 1/8 finala adlamaqları haqda danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında əvvəlcə yeni transferlləri Vensan Abubakarın dubl etməsinin ardından aralarında keçən söhbətdən söz açıb: "Müzakirə edirdik. Onun toxunuşu, klası... Vurulan qola sevinirdik. Bu haqda danışırdıq, başqa bir şey yox idi".

S.Abasov "Özünüzə sual verirsiniz ki, Abubakarı niyə vaxtında gətirmədik" sualını belə cavablandırıb: "Vaxtında gətirə bilməzdik. Bizim üçün əlçatmaz idi. Belə futboloçular üçün Azərbaycan Premyer Liqası can atdıqları yer deyil. Uyğun zaman lazımdır ki, belə oyunçuları yaxalayasan. Mən sırf adın üstündə dayanmağın əleyhinəyəm. Bizim üçün də xoş hal deyil. Bütün futbolçular oynayır. Şəxsən mən bölgü aparmazdım. Digər futbolçuların etdiklərini də görürəm. Bizə hücumçu, bitirici lazım idi. Belə hücumçu gətirmişik. Biz sırf Abubakarın arxasınca qaçmamışdıq. Ad axtarmamışıq. Cərimə meydançasının içində bir toxunuşu ilə səviyyəsini göstərən hücumçu axtarmışıq. Həmin ərəfədə yetərincə adlar da var idi. Bizim üçün ən idealını seçmişik və gətirmişik".

O, Azərbaycan kubokunu qazanmaq şanslarını da dəyərləndirib: "Bizim üçün kubok həmişə çətin olub. Şəxsən mənim özüm üçün də .Biz elə komandayıq ki, bizim üçün növbəti oyun prioritetdir. Hər iki turnirdən də yapışacağıq. Baxmayaraq ki, bu, çətindir. Bizim üçün püşk önəmli deyil. Hər oyunu udmalıyıq. iki ay sonra kiminlə oynayacağımızı düşünmürük. Bu klubda belə şey olmayıb. "Sumqayıt"da işləyəndə fikirləşirdik ki, bu turnir asandır, bütün fikrimizi bura yönəldək. "Sumqayıt" "Qarabağ" deyil. Hər oyunun vacibliyini anlayırıq, təzyiqi hiss edirik". 

Baş məşqçi "Abubakarın gəlişindən Bassala Sambunun psixoloji durumu necədir" sualını caablandırıb: "Çoxa əladır. Yaxşı tərəfi odur ki, Sambu Abubakarla rəqabət aparacaq". 

S.Abbasov komandasının heyətindən və oyun sistemindən də danışıb: "Murad Məmmədov zədələndiyi üçün məcburiyyətdən Mustafa Seki oynatdıq. Format məsələsinə gəldikdə, üçlü də, dördlü də ola bilər. Üstündə durduğumuz dördlü müdafiə sistemidir. Dəyişikliklərə də gedə bilərik. Məşqlərdə bəzi oyunçuları sol cinah müdafiəçisi mövqeyində yoxlayırıq". 

O, müdafiə və qapı xəttində boşluqlarının olub-olmaması haqda bunları deyib: "Bu oyun "Neftçi" üçün göstərici deyil. Belə matçlara oyunçuları motivasiya etmək çətindir. Bu cür oyunlarda ancaq hücumu fikirləşirsən. Qapına hücum olanda belə zədəsiz vəziyyətdən çıxmaq istəyirsən. Futbolçuları anlayıram. Səhvlər var idi.  Yüz faiz bilirəm ki, həmin futbolçular başqa oyunlarda o səhvləri etməzlər. Boşluqqdan irəli gələn bir şeydir. Çox gözəl skaut departamentimiz var. Bir çox ölkələrə gedirlər. Transfer fəaliyyətimizi uzunmüddətli iş üzərində qururuq". 

S.Abasov sonda Rza Cəfərovla klub arasındakı münasibətlərin pozulub-pozulmamasına dair suala cavab verib: "Bizim Rza ilə münasibətimiz niyə pozulsun ki? Qəbələdə bu suala cavab verdim. Qapı xəttində yaxşı rəqabətimiz var". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://qol.az
archiveBu xəbər 30 Oktyabr 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri