Icma.az
close
up
RU
Samir Abasov: Biz sırf Abubakarın dalınca qaçmamışdıq

Samir Abasov: Biz sırf Abubakarın dalınca qaçmamışdıq

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Neftçi" Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində MOİK-i 6:2 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Vensan Abubakarın 2-ci qolundan sonra nə söhbət edirdiz?

- Müzakirə edirdik. Onun toxunuşu, klası... Vurulan qola sevinirdik. Bu haqda danışırdıq, başqa bir şey yox idi.

- Özünüzə sual verirsiz ki, Abubakarı niyə vaxtında gətirmədik?

- Vaxtında gətirə bilməzdik. Bizim üçün əlçatmaz idi. Belə futboloçular üçün Azərbaycan Premyer Liqası can atdıqları yer deyil. Uyğun zaman lazımdır ki, belə oyunçuları yaxalayasan. Mən sırf adın üstündə dayanmağın əleyhinəyəm. Bizim üçün də xoş hal deyil. Bütün futbolçular oynayır. Şəxsən mən bölgü aparmazdım. Digər futbolçuların etdiklərini də görürəm. Bizə hücumçu, bitirici lazım idi. Belə hücumçu gətirmişik. Biz sırf Abubakarın dalıyca qaçmamışdıq. Ad axtarmamışıq. Cərimə meydançasının içində bir toxunuşu ilə səviyyəsini göstərən hücumçu axtarmışıq. Həmin ərəfədə yetərincə adlar da var idi. Bizim üçün ən idealını seçmişik və gətirmişik.

- Püşkə baxanda kuboku qazanmaq şansınızı necə dəyərləndirirsiniz?

- Bizim üçün kubok həmişə çətin olub. Şəxsən mənim özüm üçün də .Biz elə komandayıq ki, bizim üçün növbəti oyun prioritetdir. Hər iki turnirdən də yapışacağıq. Baxmayaraq ki, bu, çətindir. Bizim üçün püşk önəmli deyil. Hər oyunu udmalıyıq. iki ay sonra kiminlə oynayacağımızı düşünmürük. Bu klubda belə şey olmayıb. "Sumqayıt"da işləyəndə fikirləşirdik ki, bu turnir asandır, bütün fikrimizi bura yönəldək. "Sumqayıt" "Qarabağ" deyil. Hər oyunun vacibliyini anlayırıq, təzyiqi hiss edirik. 

- Abubakarın gəlişindən Bassala Sambunun psixoloji durumu necədir?

- Çoxa əladır. Yaxşı tərəfi odur ki, Sambu Abubakarla rəqabət aparacaq. 

- Əlinizdə olan heyət hansı sistemlə oynamağa imkan verir?

- Murad Məmmədov zədələndiyi üçün məcburiyyətdən Mustafa Seki oynatdıq. Format məsələsinə gəldikdə, üçlü də, dördlü də ola bilər. Üstündə durduğumuz dördlü müdafiə sistemidir. Dəyişikliklərə də gedə bilərik. Məşqlərdə bəzi oyunçuları sol cinah müdafiəçisi mövqeyində yoxlayırıq. 

- MOİK-dən 2 qol buraxdız. Belə demək olar ki, müdafiə və qapı xəttinə transfer lazım idi?

- Bu oyun "Neftçi" üçün göstərici deyil. Belə matçlara oyunçuları motivasiya etmək çətindir. Bu cür oyunlarda ancaq hücumu fikirləşirsən. Qapına hücum olanda belə zədəsiz vəziyyətdən çıxmaq istəyirsən. Futbolçuları anlayıram. Səhvlər var idi.  Yüz faiz bilirəm ki, həmin futbolçular başqa oyunlarda o səhvləri etməzlər. Boşluqqdan irəli gələn bir şeydir. Çox gözəl skaut departamentimiz var. Bir çox ölkələrə gedirlər. Transfer fəaliyyətimizi uzunmüddətli iş üzərində qururuq. 

- Rza Cəfərovla klub arasında münasibətlər korlanıb?

- Bizim Rza ilə münasibətimiz niyə pozulsun ki? Qəbələdə bu suala cavab verdim. Qapı xəttində yaxşı rəqabətimiz var. 

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://sportal.az
archiveBu xəbər 29 Oktyabr 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri