Icma.az
close
up
RU
Abubakarın gəlişindən sonra Neftçi nin daha yaxşı olacağını indidən deyə bilərik MÜSAHİBƏ

Abubakarın gəlişindən sonra Neftçi nin daha yaxşı olacağını indidən deyə bilərik MÜSAHİBƏ

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Neftçi"nin veteran hücumçusu Nadir Nəbiyev Sportal.az saytına müsahibə verib. O, “ağ-qaralar”ın bu mövsümkü çıxışından və Vensan Abubakarın Misli Premyer Liqasının 9-cu turunun “Qəbələ”(0:2) ilə səfər görüşündəki performansından danışıb. 

- “Neftçi” bu mövsüm Misli Premyer Liqasında 9 turdan sonra 12 xal qazanıb və turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Gözləntilər yüksək idi. Bu cür nəticəni necə dəyərləndirirsiniz?

Mən də hamı kimi, “Neftçi”dən daha yaxşı başlanğıc gözləyirdim. Bir neçə oyunda yaxşı oynasalar belə, qələbə qazana bilmədilər. Bəzi oyunlarda da hücumda ələ düşən fürsətlərdən istifadə edə bilmədilər.

- Samir Abasov ötən mövsümdən bu yana komandanın baş məşqçisidir. O, yayda heyəti demək olar ki, tam dəyişdi və komandaya yeni oyunçular cəlb edildi. Demək olar ki, hazırkı heyət onun tam istədiyidir və ondan "Neftçi"ni çempion etməsini gözləmək olar?

İnanmıram ki, Samir Abasov istədiyi heyəti tam olaraq yığıb. Çünki bəzi mövqelərdə axsamalar aşkar şəkildə görünür. Xüsusən də, hücum xəttində problem açıq sezilir. Bu mənada, Vensan Abubakar “Neftçi” üçün yaxşı transfer oldu.

- "Neftçi"nin çempionluq şansını necə görürsünüz? Səncə, "Neftçi"yə çempion olmaq üçün nə lazımdır? 

Qarşıda hələ çox oyun var. Cəmi 9 tur geridə qalıb. “Neftçi” turnir cədvəlində mövqeyini yaxşılaşdıra bilər. Amma çempionluq çox çətin görünür. Hər halda, mövsümün gedişi göstərəcək.

- “Neftçi" Vensan Abubakarla müqavilə imzaladı. Kamerun millisinin forvardı "Neftçi"nin çempionluq mübarizəsində olması üçün köməklik göstərə biləcək?

Abubakar elə ilk oyunda komandaya fayda verdi. Həm ilk qolda, həm də ikinci qolda mövqe seçimi ilə nə qədər təcrübəli futbolçu olduğunu gördük.

- Premyer Liqada “Neftçi” qarşıdakı turda "Kəpəz", daha sonra isə "Qarabağ"la oyayacaq. Yəqin ki, Abubakar "Neftçi"yə "Qarabağ"la görüşdə start heyətində daha çox lazımdır? Bunu əsas götürsək, budəfəki Azərbaycan derbisinin fərqli məcrada keçəcəyini gözləmək olar?

- Abubakarın gəlişindən sonra "Neftçi"nin daha yaxşı olacağını indidən deyə bilərik. Tam formaya düşdükdən sonra “Neftçi”nin start heyətində yer alacağına isə şübhə də yoxdur. “Neftçi” azarkeşləri bu mövsüm komandadan ən yaxşı olmasını istəyir. Nəticələr yaxşı olmalıdır ki, onlar da komandanı daha çox dəstəkləsin. Sırf Azərbaycan derbisindən danışırıqsa, mənə elə gəlir ki, bu mövsüm “Neftçi” – “Qarabağ” görüşlərin daha da maraqlı olacaq. Ən azından mən bu cür olacağını gözləyirəm. 

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://sportal.az
archiveBu xəbər 29 Oktyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see447

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see280

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see190

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see159

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see149

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see141

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see139

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see135

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri