Icma.az
close
up
RU
“Abubakarın “Neftçi”yə təsiri danılmazdır” Sadıqov

“Abubakarın “Neftçi”yə təsiri danılmazdır” Sadıqov

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Neftçi” Premyer Liqada ardıcıl ikinci qələbəsini qazanıb. Səfərdə “Qəbələ”yə qalib gələn (2:0) “ağ-qaralar” son turda isə “Kəpəz”i darmadağın edib (5:1). :

Komandanın sabiq məşqçisi Vaqif Sadıqov “Futbolpress.az“a açıqlamasında “Neftçi”nin çıxışını dəyərləndirdi:

“Mövsümün əvvəlində də demişdim, rəhbərlik “Neftçi”nin güclənməsi üçün lazım olan hər şeyi edib. Komanda son turlarda inamlı çıxış edir və ümid edirəm ki, davamlı olar. “Neftçi”nin əzəmətini qaytarması çempionatın, Azərbaycan futbolunun inkişafına faydalı olacaq”.

Kamerunlu hücumçu Vensan Abubakarın transferindən sonra paytaxt klubu keçirdiyi 3 rəsmi matçı qazanıb. Abubakar bu görüşlərdə 4 qol vurub. Sadıqov forvardın gəlişinin nəticələrə təsirinə toxundu:

“Abubakarın “Neftçi”yə təsiri danılmazdır. Rəhbərlik onu transfer etməkl komandada fərqli atmosfer yaratdı. Kifayət qədər təcrübəli və səviyyəli oyunçudur. Digər futbolçular da onun yanında daha yaxşı oynamağa çalışır. Rəhbərliyin bu siyasəti, Samir Abasovun bundan məharətlə istifadə etməsi “Neftçi” üçün yalnız və yalnız yaxşı haldır. Ümid edək ki, ardı gələr və “Neftçi”ni çempionluq üçün mübarizə aparan görərik. Bu, liqaya da marağı artıracaq, rəqabət güclənəcək”.

“Neftçi” Premyer Liqanın XI turunda “Qarabağ”la qarşılaşacaq. Mütəxəssis derbi haqda fikirlərini bölüşdü:

“Qarabağ”ın “Çelsi” ilə ağır oyunu olacaq. Buna baxmayaraq, derbidir və onlar da qələbə üçün meydana çıxacaqlar. “Neftçi”nin son oyunlardakı çıxışı yaxşı nəticəyə ümid etməyə imkan verir. Hansısa nəticə haqda danışmaq çətindir, amma inanıram ki, kifayət qədər maraqlı və gərgin oyun olacaq”.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 03 Noyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see265

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see265

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see254

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see233

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see228

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see204

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see201

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see196

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see195

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see195

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see189

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see186

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see186

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see181

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see180

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see177

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see172

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see172

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see172

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri