Abxaziyanın hökumət sədri istefa verdi
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Gürcüstanın Abxaziya Muxtar Respublikası hökumətinin sədri Levan Mqaloblişvili istefa verib.
Globalinfo.az bildirir ki, Mqaloblişvili bu barədə sosial şəbəkə hesabında yazıb.
O, hökumət komandası və Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə məsləhətləşmələrdən sonra belə qərar verdiyini deyib:
“Mən Abxaziya Muxtar Respublikası hökumətinə, nazirliklərin bütün əməkdaşlarına, Ali Sovetin deputatlarına dəstəyə görə, şəxsən görüşdüyüm minlərlə köçkünə təşəkkür etmək istəyirəm. Bu qısa müddət ərzində biz kiçik, lakin səmərəli layihələr həyata keçirə bilmişik. İnquri çayının o tayında yaşayan müvəqqəti köçkün vətəndaşların hüquqlarının müdafiəsini dəstəkləyirəm”.
Levan Mqaloblişvili 2024-cü il sentyabrın 18-də Abxaziya Muxtar Respublikası Hökumətinin sədri təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 02 İyun 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















