Icma.az
close
up
RU
Abxaziyanın “prezidenti” kütləvi etirazlar fonunda “istefa” verib

Abxaziyanın “prezidenti” kütləvi etirazlar fonunda “istefa” verib

Ayna saytına istinadən Icma.az xəbər verir.

“hökumət” obyektlərini tərk etməli və dağılışmalıdırlar. Əks halda, Bjaniya “istefasını” geri götürəcək

Abxaziya “prezidenti” Aslan Bjaniya noyabrın 19-na keçən gecə tanınmamış respublikanın “Müdafiə Nazirliyinin” binasında “müxalifətlə” aparılan danışıqlardan sonra “istefa” məktubu imzalayıb. Bu barədə tanınmamış “respublikanın Mətbuat Xidməti” məlumat yayıb.

"Ölkədə sabitliyi və konstitusiya quruluşunu qorumaq üçün Abxaziya Respublikasının prezidenti vəzifəsindən istefa verirəm", - Bjaniya “parlamentin sədri” Laşa Aşubaya müraciətində bildirib.

“Abxaziya Xalq Assambleyasının deputatları” bu gün, noyabrın 19-da Bjaniyanın “istefası” ilə bağlı məsələyə baxmalıdırlar, lakin “qanunverici orqanın” binası hələ də “müxalifət” tərəfdarları tərəfindən zəbt olunub. Hakimiyyətlə müxalifət arasında imzalanan razılaşmanın dərc olunmuş mətninə görə, etirazçılar noyabrın 15-də Suxumun mərkəzində ələ keçirilən “hökumət” obyektlərini tərk etməli və dağılışmalıdırlar. Əks halda, Bjaniya “istefasını” geri götürəcək.

“Vitse-prezident” Badra Qunba Abxaziya “prezidentinin” səlahiyyətlərini icra edən “təyin olunub”. Özünü elan etmiş “respublikanın baş naziri” Aleksandr Ankvab da “vəzifəsini” tərk edir. Əvvəllər bu “postu” tutan Valeri Bqanba “baş nazirin” səlahiyyətlərini icra edir.

Qeyd edək ki, bir həftə əvvəl Abxaziyada Rusiya ilə “sərmayə müqaviləsi” ilə bağlı kütləvi etirazlar başlayıb. “Müxalifətin” fikrincə, “xarici oliqarxlar” üçün vergidən azad olunma da daxildir və iri xarici şirkətlər tərəfindən “respublikanın” kurort imkanlarının istismarına səbəb ola bilər.

Noyabrın 15-də Abxaziya “parlamenti” sazişi ratifikasiya etməli idi, lakin “müxalifət” tərəfdarları Suxumda “hökumət” binaları kompleksinə soxularaq oranı nəzarətə götürüb və Bjaniyanın “istefasını” tələb ediblər. Bunun fonunda “prezident paytaxtı” tərk edib və daha sonra tutduğu “vəzifədən istefa” verməyə hazır olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Noyabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri