Acarıstan hökumətinin keçmiş başçısı silahlı hücuma məruz qalıb
Operativ MM saytına istinadən Icma.az xəbər verir.
Gürcüstanın Acarıstan Muxtar Respublikasının keçmiş hökumət başçısı Tornike Rijvadze güllə yarası ilə Saqareco rayonunda (Kaxeti bölgəsi) yerləşən klinikaya çatdırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, T.Rijvadzeyə təcili tibbi yardım göstərilib. Həkimlərin sözlərinə görə, onun ağciyəri zədələnib və vəziyyəti stabil ağır olaraq qalır.
Daxili İşlər Nazirliyi tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 115-ci (intihar həddinə çatdırma) maddəsi ilə bağlı araşdırma başladılıb.

Ermənistan Acarıstan səviyyəsində olacaq
16 Dekabr 2024 14:06
Gürcüstanın Acarıstan Muxtar Respublikası hökumətinin sabiq sədri intihara cəhd edib
07 İyul 2025 10:14
® Acarıstan Muxtar Respublikasının hökumətinin sədrinə “Caspian Business Award” təqdim olunub
08 Sentyabr 2025 17:49
Acarıstan hökumətinə yeni sədr təyin edildi
04 Aprel 2025 20:31
Gürcüstanın Acarıstan bölgəsində torpaq sürüşməsi baş verib AZƏRTAC
20 Dekabr 2024 13:58

