Gürcüstanın Acarıstan Muxtar Respublikası hökumətinin sabiq sədri intihara cəhd edib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Gürcüstanın Acarıstan Muxtar Respublikası hökumətinin sabiq sədri Tornike Rijvadze intihara cəhd edib.
APA-nın Tbilisi müxbiri yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Saqareco rayonunda baş verib.
Gürcüstan DİN faktı təsdiqləyib. Məlumata görə, Rijvadze ağ ciyərindən aldığı odlu silah yarası ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin stabil ağır olduğu bildirilib.
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin intihara təhrik maddəsi ilə cinayət işi açılıb. Gürcüstan DİN bir nəfərin salxanıldığını bildirib.
İnsidentin təfərrüatları məlum deyil.
Xatırladaq ki, Tornike Rijvadze bu il aprelin 4-də Acarıstan Muxtar Respublikası hökumətinin sədri vəzifəsindən istefa verib. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu vəzifəyə Böyük Britaniyanın sanksiyalar siyahısında olan Sulxan Tamazaşvilini təyin edib. İstefa bəyanatında Rijvadze hakim “Gürcü Arzusu”nun “sadiq əsgəri” olaraq qaldığını qeyd edib.


