Icma.az
close
up
RU
Access2Success artıq regionlarda AccessBank dan Zaqatalada qadın sahibkarlara dəstək

Access2Success artıq regionlarda AccessBank dan Zaqatalada qadın sahibkarlara dəstək

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Azərbaycanda qadın sahibkarlığının inkişafına ardıcıl dəstək göstərən AccessBank, bu dəfə Access2Success layihəsinin ilk regional tədbirini Zaqatalada uğurla həyata keçirdi. Tədbirdə 15 yerli sahibkar xanım iştirak etdi.

Access2Success layihəsinin məqsədi — qadınların biznes bacarıqlarını inkişaf etdirmək, onların iqtisadi müstəqilliyini gücləndirmək və lider qadın modelinin formalaşmasına töhfə verməkdir.

Tədbir çərçivəsində AccessBank-ın mütəxəssisləri emosional zəka və maliyyə savadlılığı, sahibkarlığın hüquqi çərçivəsi və biznes mühitində yoxlamalar, rəqəmsal marketinq və şəxsi brendin qurulması kimi mövzularda iştirakçılara maarifləndirici sessiyalar təqdim etdilər.  Təlim proqramını uğurla başa vuran iştirakçılara AccessBank tərəfindən Sertifikatlar təqdim olundu.

Bu təşəbbüs bir daha göstərdi ki, qadınlar ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəal və uğurlu şəkildə iştirak edir, onlara yönəlmiş davamlı və sistemli dəstək isə bu uğurların genişlənməsində mühüm rol oynayır.

Qeyd edək ki, Access2Success layihəsinə AccessBank tərəfindən 2022-ci ildən start verilib. Layihə çərçivəsində qadın sahibkarlara strateji planlaşdırma, böhranların idarə olunması, satış və marketinq, e-ticarət, insan resursları və hesabatlılıq sahələrində dərin biliklər aşılanır.  Bank layihəni genişləndirməyi və digər regionlarda daha çox qadın sahibkara dəstək göstərməyi hədəfləyir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://banco.az
archiveBu xəbər 06 Avqust 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri