Icma.az
close
up
RU
® “AccessBank” üçüncü dəfə “Access2Success” layihəsinə başlayıb AZƏRTAC

® “AccessBank” üçüncü dəfə “Access2Success” layihəsinə başlayıb AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sizin yerli Avropa bankınız – “AccessBank” qadın sahibkarlığını dəstəkləmək və biznesdə qarşılaşdıqları maneələri aradan qaldırmaq məqsədilə “Access2Success” layihəsinə üçüncü dəfə start verdiyini elan edir.

Layihə biznesin qurulması və inkişaf etdirilməsi üçün uğurlu şəraitin yaradılmasına, qadınlarda liderlik və peşəkar bacarıqların gücləndirilməsinə yönəlib. “Access2Success” layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilir. Bu il layihəyə qatılmaq üçün 300-ə yaxın qadın müraciət edib və müəyyən olunan meyarlara əsasən 60 sahibkar seçilib. Layihə çərçivəsində iştirakçılara biznes idarəçiliyi sahəsində bilikləri dərinləşdirmək, liderlik keyfiyyətlərini artırmaq, satış sahəsində peşəkar bacarıqları genişləndirmək, eləcə də uğurlu biznes qurmaq üçün hüquq və marketinq aspektləri barədə məlumat əldə etmək imkanı yaradılacaq. Bütün bu biliklər geniş təcrübəyə malik peşəkar təlimçilər tərəfindən təqdim ediləcək.

Layihənin əsas məqsədi qadın sahibkarların qarşılaşdığı maliyyə resurslarına çıxış, biznes təhsili və peşəkar inkişaf üçün məhdud imkanlar kimi maneələri aradan qaldırmağa dəstək olmaqdır. Proqram, həmçinin iştirakçıları uğur qazanmaq üçün lazım olan resurs və biliklərlə təmin etmək, eləcə də güclü qadın-sahibkar cəmiyyətinin yaradılmasına yönəlib.

“Access2Success” layihəsi və onu artıq üçüncü dəfə həyata keçirməyimizlə qürur duyuruq. Məqsədimiz Azərbaycanda qadın sahibkarlığına dəstək verməyə davam etmək və ölkəmizdə biznesin inkişafı üçün bərabər imkanların yaradılmasıdır. Biz əminik ki, “Access2Success” layihəsi güclü sahibkarlıq mühitinin yaradılması və ölkənin iqtisadi inkişafının stimullaşdırılması istiqamətində mühüm bir addımdır”, - deyə “AccessBank”ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib.

“Qadın sahibkarlığının inkişafı AYİB-in Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində prioritet olaraq dəstəklədiyi bir neçə sahədən biridir. Ölkədə mövcud olan sahibkarlıq subyektlərinin təxminən 23 faiz xanımlara məxsus olduğunu nəzərə alsaq, qadın sahibkarlığının ölkə iqtisadiyyatında payının artırılması sahəsində çox böyük imkanlar var. Bununla da qadın sahibkarların zəruri məsləhət və maliyyə xidmətlərinə əlçatanlığının artırılması istiqamətində AYİB həm birbaşa, həm də yerli tərəfdaş banklar vasitəsilə məqsədyönlü fəaliyyətini davam etdirir”, - deyə AYİB-nın Azərbaycandakı Kiçik Bizneslər üçün Məsləhət Proqramının rəhbəri Samir Həmidov bildirib.

İlk “Access2Success” layihəsinə 2022-ci ildə start verilib və iştirak üçün 250-yə yaxın namizəd müraciət edib. Onlardan tələblərə cavab verən 53 nəfər təlimlərə qatılıb. Növbəti “Access2Success-2” layihəsi isə 2023-cü ildə həyata keçirilib. Bu layihədə 250-dən çox müraciətlər içində seçilən 50 qadın qatılıb. İştirakçılar konsaltinq, turizm, təhsil, səhiyyə kimi sahələri təmsil edirdilər. Beş həftə davam edən “Access2Success” layihəsində qadın sahibkarlara biznesin strateji inkişafı, böhran zamanı idarəçilik, dövlət qurumlarına hesabatların təqdim edilməsi, satış, marketinq, elektron ticarət, kadrların idarə edilməsi, biznesə nəzarət mövzularında təlimlər keçirilib.

“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.

“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri