Icma.az
close
up
RU
® “AccessBank” 2024cü il üzrə maliyyə hesabatını açıqlayıb AZƏRTAC

® “AccessBank” 2024cü il üzrə maliyyə hesabatını açıqlayıb AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan “AccessBank” 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayır.

Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61

Bank 2024-cü il nəticələrinə görə 54,1 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici 2023-cü ildə 39,8 milyon manat təşkil edib. Nəticədə, bankın kapital dayanıqlığı göstəricisi daha da möhkəmlənib və məcmu kapitalı ötən illə müqayisədə 29 faiz və ya 41,5 milyon manat artaraq 185 milyon manata yüksəlib ki, bu da requlyativ tələbdən 3,7 dəfə çoxdur.

Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən il ərzində:

- Kredit portfeli 13,6 faiz və ya 137,8 milyon manat artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 151,5 milyon manat təşkil edib.

- Kredit portfelinin 78,3 faizi biznesə ayrılmış kreditlər təşkil edir ki, biznes portfelinin həcmi 901,9 milyon manatdır. Hesabat dövrü ərzində biznes portfeli 15,6 faiz və ya 121,8 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 59,5 faizi regionların payına düşür.

- Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və 2024-cü ilin sonuna 1 026,5 milyon manat təşkil edir.

- “AccessBank” 2024-cü ildə beynəlxalq nüfuzlu xarici kreditorlardan 73,1 milyon manat həcmində kredit cəlb edib.

- Bankın aktivləri 1,5 milyard manata çatır, bu da 2023-cü illə müqayisəsədə 6,7 faiz çoxdur.

- Faiz gəlirləri 2023-cü il ilə müqayisədə 14,9 faiz artaraq 224.4 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 2023-cü il ilə müqayisədə 18,2 milyon artaraq 140,2 milyon manata yüksəlib.

- Qeyri-faiz gəlirləri 18,1 milyon manat təşkil edir.

- Xalis əməliyyat mənfəəti 2024-cü ildə 69,1 milyon manata çatıb. 2023-cü ildə eyni göstərici 56,3 milyon manat təşkil edib.

- Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 70,6 faiz təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2,4 dəfə yüksəkdir.

“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.

“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri