Icma.az
close
up
RU
AccessBank 2025 ci ilin 1 ci rüb üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2025 ci ilin 1 ci rüb üzrə maliyyə hesabatını açıqlayır

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda mikro sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqlayır.

Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61

Bank, 2025-ci ilin 1-ci rübünün nəticələrinə görə, 10.0 milyon manat xalis mənfəət əldə edib.

Aktivlərin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 14.7% və ya 202 mln manat artaraq 1.6 mlrd. manata çatıb.

Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ilin 1-ci rüb ərzində:

Kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 14.6% və ya 150.7 milyon manat artıb və hesabat dövrünün sonuna 1 186.2 milyon manat təşkil edib. Kredit portfelinin 77.9%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 924.2 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 15.3% və ya 122.7 milyon manat artıb. Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və hesabat dövrün sonuna 1 060.2 milyon manat təşkil edir. AccessBank hesabat dövründə beynəlxalq nüfuzlu xarici kreditorlardan 15.5 milyon manat ekvivalentində kredit cəlb etmişdir. Nəticədə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin ümumi həcmi 132.3 mln manata çatmışdır. Eyni zamanda, beynəlxalq maliyyə qurumlarının Bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 8 mln ABŞ dolları həcmində subordinasiya borc öhdəliyi cəlb olunmuşdur. Beləliklə, subordinasiya olunmuş borc öhdəliyinin həcmi 35.6 mln manata yüksəlmişdir. 2025-ci ilin 1-ci rübü ərzində Bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 31% və ya 48.3 milyon artaraq 203.8 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 4.1 dəfə çoxdur. Artımın əsas drayveri generasiya edilən mənfəət və xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur. Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.1% artaraq 59.0 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 3.0 milyon artaraq 36.2 milyon manat təşkil edir. Qeyri-faiz gəlirləri 3.6 milyon manat olub. Xalis əməliyyat mənfəəti isə 2025-ci ilin 1-ci rübündə də 16.4 milyon manat təşkil edib. Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 83.1% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.8 dəfə yüksəkdir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://banco.az
archiveBu xəbər 14 Aprel 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri