Icma.az
close
up
RU
AccessBank 2025 ci ilin maliyyə nəticələrini açıqlayıb

AccessBank 2025 ci ilin maliyyə nəticələrini açıqlayıb

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda mikro sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2025-ci ilin sonuna olan maliyyə nəticələrini açıqlayıb.

Ətraflı məlumat əldə etmək üçün: https://N34YA5.short.gy/financial

Bank, 2025-ci ilin nəticələrinə görə, 49.1 milyon manat xalis mənfəət əldə edib. Aktivlərin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 19.2% və ya 285.1 mln manat artaraq 1.8 mlrd. manata çatıb.

Artımı şərtləndirən drayverlər kimi, ölkədə artan iqtisadi aktivliyin yüksəlməsi fonunda əmanətçilərin və Beynəlxalq fondların inamının artması olmuşdur. Belə ki:

Kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 15.9% və ya 182.6 milyon manat artıb və hesabat dövrünün sonuna 1 334.2 milyon manat təşkil edib. Kredit portfelinin 76.7%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 1 022.9 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 13.4% və ya 121.0 milyon manat artıb. Depozit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 10.3% və ya 105.9 milyon manat artaraq hesabat dövrünün sonuna 1 132.4 milyon manat təşkil edib. AccessBank hesabat dövründə beynəlxalq fondlardan 100 milyon manat ekvivalentində kredit cəlb etmişdir. Nəticədə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin qalığı 190.5 mln manata çatmışdır. Əlavə olaraq, beynəlxalq maliyyə qurumlarının Bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 10 mln ABŞ dolları həcmində subordinasiya olunmuş borc öhdəliyi cəlb edilmişdir. 2025-ci il ərzində Bankın məcmu kapitalı ötən il ilə müqayisədə 26.7% və ya 49.4 milyon artaraq 234.4 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 4.7 dəfə çoxdur. Artımın əsas səbəbi generasiya edilən mənfəət və kapital elementi olan xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur. Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.1% artaraq 256.2 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 15.7 milyon artaraq 156.0 milyon manata çatıb.

Xalis əməliyyat mənfəəti 2025-ci ildə 76.3 milyon manat olub. 2024-cü ildə eyni göstərici 70.6 milyon manat təşkil edib.

Bankın likvidlik mövqeyi dayanıqlıdır və ani likvidlik əmsalı 79.8% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.7 dəfə yüksəkdir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: Accessbank.filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Yanvar 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri