Icma.az
close
up
RU
Açığı, Levski ni keçəcəklərini düşünürdüm

Açığı, Levski ni keçəcəklərini düşünürdüm

Icma.az, Fanat saytına istinadən bildirir.

Bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında "Levski"yə 0:2 hesabı ilə uduzan (ilk oyun 0:1)"Sabah" avrokuboklarda mübarizəni dayandırdı. "Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb "bayquşlar"ın son oyununu dəyərləndirməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Əvvəlcə onu deyim ki, Sofiyadakı matçda sabah düzgün oyun planı ilə mübarizə aparmışdı. Belə rəqibə qarşı səfərdə oynayırsansa, daha çox müdafiəni düşünməli, qapının toxunulmazlığını təmin etməlisən. İmkan düşdükdə rəqibin səhvlərindən faydalanmalı, qol vəziyyətləri yaratmalısan. Belə də oynadılar və 90+8-ci dəqiqədə qol buraxaraq uduzdular. Bakıya 0:1 hesablı yenilgi ilə qayıdan "Sabah"ın evdə hücum futbolu sərgiləyəcəyini təxmin edirdim. Təmsilçimiz meydana 5-2-3 sxemi ilə çıxmışdı. İlk yarıda bəlli bir plan üzrə mübarizə apardılar. Bütün zonalarda pressinq  tətbiq etməyə çalışdılar. Təəssüf ki, müdafiənin səhvindən qol buraxdılar. O epizodda müdafiəçilər daha yaxın oynamalıydılar. İkinci hissədə baş məşqçi Valdas Dambrauskas sxemi dəyişdi və "Sabah" 4-1-4-1 düzümü ilə mübarizə aparmağa başladı və hücumda daha çox oldu. Əlbəttə, "Levski" kimi rəqibə 45 dəqiqəyə iki qol vurmaq asan iş deyildi. Məncə, "Sabah" istər oyunçularının potensialına, istərsə də gücünə görə "Levski"dən geri qalmırdı. Açığı, "Levski"ni keçəcəklərini düşünürdüm, amma təəssüf ki, alınmadı. Bu, futboldur, ruhdan düşməyə dəyməz. Deməli, artıq Premyer Liqaya köklənməlidirlər". 

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://fanat.az
archiveBu xəbər 15 Avqust 2025 00:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri