Baş məşqçi: Açığı, öldüm dirildim
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Türkiyə Super Liqasının 6-cı turunda evdə "Fatih Karagümrük"ü 3-2 hesabı ilə məğlub edən "Samsunspor"un baş məşqçisi Tomas Rəis oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, rəqibi 90+3-cü dəqiqədə vurulan qolla məğlub etdiklərini yada salaraq, çox gərgin matç olduğunu deyib.
Qələbədən sevinc və qürur duyduğunu dilə gətirən Rəis bildirib ki, ilk hissədə oyunları alınmayıb: "İlk hissədən sonra soyunub-geyinmə otağında həyəcan siqnalı çaldıq. Çox yaxşı başladıq, iki qol atıb, öə keçdik, lakin rəqib esaba tarazlıq gətirdi. Oyunun sonuuna doğru, açığı, öldüm-dirildim. Nəhayət, son dəqiqə qolu ilə qalib gəldik".
Baş məşqçi meydançanın bərbad gündə olmasının da oyuna pis təsir etdiyini gizlətməyib.
Fərid
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 23 Sentyabr 2025 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















