Icma.az
close
up
RU
Acınacaqlı vəziyyət yaradan UĞURSUZLAR TƏHLİL

Acınacaqlı vəziyyət yaradan UĞURSUZLAR TƏHLİL

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Küçə və meydanlarda haylar hay-küy salan Nikol Paşinyanın vədlərini eşidəndə elə bilirmişlər ki, “Qərb oyunçusu” kimi ortaya atılan biri onları “ağ günə” çıxaracaq. Çünki əli sarıqlı, beli çantalı küçə nümayişçisi nəinki özünü bu görüntü ilə fədakar kimi göstərirdi, həm də vəd edirdi ki, özündən əvvəlkilər tərəfindən oğurladıqları, hətta qəpik-quruşları belə qaytaracaq. Amma başda elə Bvovayeviç olmaqla, söz verənlər erməni xalqına qəpik də vermədilər. Əksinə, hakimiyyətə gəldikdən sonra erməni xalqının qəpik-quruşunu da soymağa, həmin o qəpik-quruşla kef çəkməyə, oturduqları kürsünün imtiyazlarından istifadə etməyə, ələ keçirdikləri hakimiyyətdən “yararlanmağa” başladılar. Lakin nə qədər yaralansalar da uğursuz olaraq yadda qaldılar və bu damğanı da özlərinə vurmuş oldular...

Qəpik-quruşa hər an göz dikən, həmin qəpik-quruşları yardım adı ilə xaricdən dilənən qaraçı tayfaları üçün artımlar “fəlakət” deməkdir

İndi Ermənistana məxsus mətbuat səhifələri bar-bar bağırırlar ki, hakimiyyətdə olanlar ölkələrini amansızcasına talayırlar. Xüsusən də istər nəqliyyat tarifləri, istər zibil yığımı üçün olan haqlar, kamunallar, istərsə də vergilərin artması hayların lap səbr kəsalarını daşdırıb. Hətta buna son hədd desək belə yanılmarıq. Çünki haylar elə bir vəziyyətdədirlər, Ermənistan elə bir səfalət içərisindədir ki, bir qəpik artım belə erməni cəmiyyətində rezonans doğura, erməniləri “silkələyə” bilər. Elə silkələyib də. Qəpik-quruşa hər zaman göz dikən, hətta, həmin qəpik-quruşları belə yardım adı ilə xaricdən dilənən bu qaraçı tayfaları üçün belə artımlar elə “fəlakət” deməkdir. İndi bu fəlakət fonunda da uğursuzlara üz tutmalı olublar və uğursuz deyə onları gec də olsa, öz adları ilə adlandırmaq istəyirlər.

Təkcə artımlar deyil, infrastrukturun bərbad vəziyyətdə olması, hakimiyyətin bununla bağlı bir addım belə atmaması, bu istiqamətdə də yaxşı halda, uğursuzluq adını alan “dəyərləndirmə” artıq spekulyasiyalarda öz əksini tapır. Son günlər yağıntılar belə bir daha həmin ölkə hakimiyyətinin, eləcə də şəhər rəhbərliyinin səmərəsizliyini və acınacaqlı idarəçiliyini tam şəkildə nümayiş etdirib. İndi artıq erməni KİV-ləri açıq şəkildə yazırlar ki, diplomatik uğursuzluğu bir tərəfə, hazırki Ermənistan hakimiyyəti heç daxili məsələləri də həll etmək “gücündə” və iqtidarında deyil. Bir zamanlar “qızıldan dağlar” vəd edən Nikol Paşinyanın məhz Ermənistan paytaxtına belə “əl gəzdirmək” niyyətinin olmadığı açıq-aydın şəkildə mediada qeyd olunur. Tam çılpaqlığı ilə qeyd olunur ki, Ermənistan hakimiyyəti öz uğursuzluğunu artıq böynuna alıb və bircə qalıb bunu rəsmi şəkildə etiraf etmək.

Uğursuzları, səriştəsizləri seçdikləri üçün, onlara inandıqları üçün bir başlarına döyürlər, bir də dizlərinə

İndi erməni cəmiyyətində ən çox səsləndirilən fikirlər qətiyyən təəccüb doğurmur, çünki özləri öz vəziyyətlərini yaxşı bilirlər deyə bu, vəziyyətin tam əks olunması kimi görünür. Haylar bar-bar bağırırlar, hay-küy də salırlar ki, gediş haqqını əsassız olaraq artırırlar. Hətta bildirirlər ki, köhnəlmiş avtobusların heç təkərlərinin dəyişdirilməsi kimi əsas problemi belə həll etmədən erməni vətəndaşlar saatlarla avtobus dayanacaqlarında dayanmalı və ya evlərinə piyada getməli olurlar. Reallıq ondan ibarətdir ki, yollar buz bağladığından avtomobillər də qəzaya uğrayırlar. Bir ölkənin hakimiyyəti, rəhbərliyi başqa şəhərlərin, rayonların, magistral yolların da yox, məhz paytaxtın belə yollarını təmizləməkdə acizdirsə, haylar elə haqlı olaraq onları uğursuzlar adlandırırlar.

Çoxdandır ki, ermənilər aləmə səs salıblar ki, ölkənin büdcəsi israf edilir, dağıdılır. Axı səriştəsizliyin, bacarıqsızlığın, uğursuzluğun fonunda niyə də edilməsin və niyə də dağıdılması? Məgər haylar bilmirdilər ki, küçə nümayişçisinin birini hakimiyyətə gətirəndə onun “işi” birinci növbədə büdcəni “talamaq” olacaq? Nəinki hakimiyyətin, hətta büdcənin nə olduğunu başa düşməyənləri hakimiyyət kürsüsünə “daşıyanlar” bilməli idilər ki, qarşıda onları gözləyən acınacaqlı vəziyyətdən biri də elə büdcə ilə əlaqədar olacaq. İndi buna istər uğursuzluq deyilsin, isər bacarıqsızlıq, amma istənilən halda, ortada olan acınacaqlı vəziyyətdir və bunu ermənilər hamıdan yaxşı görürlər. Elə görürlər deyə də uğursuzun, səriştəsizin birini seçdikləri, ona inandıqları üçün bir başlarına döyürlər, bir də dizlərinə.

“Çolaq atın kor da nalbəndi olar” zərb məsəlində deyildiyi kimi, hayların da onun kimi uğursuz bir rəhbəri olmalı idi

Son dövrlərdə Ermənistan hakimiyyətinin istənilən sahədə vəziyyətə nəzarət edə bilməməsi hayları bərk qıcıqlandırır. Xatırladaq ki, COVİD zamanı da haylar nəzarəti tamamilə itirmişdilər. Hakimiyyət bir virusla da mübarizədə ortaya real işlər qoya bilmirdi və qətiyyətli addımlar da atılmırdı. Əksinə, yanlış qərarlar verilir, məsrəflər mənasız yerə artırdı və büdcə xərcləri də əsassız, təsirsiz olaraq çoxalırdı. Ümumiyyətlə, Azərbaycan kimi bir qüdrətli dövlətin həmin dövrdə qlobal miqyasda tədbirlər planı irəli sürməsi, sözügedən xəstəliklə, dərman vasitələri ilə bağlı yardımlar etməsi fonunda, Ermənistan heç öz daxilində belə vəziyyətdən çıxmaqda acizlik göstərmiş oldu. Həmin ölkənin hakimiyyəti sonda ancaq xaricdən gələn yardımlara göz dikməli oldu və məhz yardımlar hesabına haylar xəstəlikdən yaxa qurtara bildilər. Bax elə bu tarixi də, bu təcrübəni də ermənilər yaxşı xatırlayırlar deyə, ölkə hakimiyyətinin ancaq uğursuzlar tərəfindən idarə edildiyi qənaətindədirlər.

Haylar davamlı şəkildə tələb edirlər ki, onları, ölkələrini bu qədər acınacaqlı vəziyyətə salanlar mütləq cəzalandırılmalıdırlar. Hətta düşünürlər ki, onların zəzalandırılmamalarına səbəb hakimiyyət başında olanın özü belə uğursuzun lap başçısıdır və uğursuzlar hakimiyyətinə də həmin uğursuzun özü rəhbərlik edir. Büdcəni düzgün idarə etməməyin və israfçılığın parlaq nümunəsi olaraq da məhz Paşinyanın özünü hesab edirlər. Ermənilər artıq buna əmindirlər ki, Nikol Paşinyan bütöv bir dövlətin büdcəsini israf edib, bütöv bir respublikanı yerlə-yeksan edib, bütöv bir xalqı qırğına da məruz qoyub. Bununla belə haylar ona görə sakitləşə bilmirlər ki, onun hələ də cəzasız qaldığını həzm edə bilmirlər. Nə də alternativ bir variantları da yoxdur. İndi Nikol da ona görə belə “arxayındır” ki, ikinci bir namizədin, ona hansısa bir rəqibin olmadığını bilir. Yaxşı bilir ki, “çolaq atın kor da nalbəndi olar” zərb məsəlində deyildiyi kimi, hayların da onun kimi uğursuz bir rəhbəri olmalı idi. Daha dəqiq desək, erməni baş naziri yaxşı bilir ki, özünün işğalçılıq maraqları, miflərə daha çox meyl edən, reallıqlara deyil əfsanələrə, rəvayətlərə daha çox maraq göstərən bir toplumun, qaraçı hayların özləri də bu tərzlərinə görə uğursuzdurlar və onların elə rəhbərləri də özləri kimi uğursuz olmalı idi...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Fevral 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri