Icma.az
close
up
RU
Uğursuzlar STATİSTİKA İdman və Biz

Uğursuzlar STATİSTİKA İdman və Biz

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Futbol statistikası tək ən yaxşıları göstərmək üçün deyil. Rəqəmlər müxtəlif cəhətdən ən zəifləri də təqdim edə bilir.

İdman.biz Avropanın “böyük beşlik” çempionatlarında mövsümün 2024-cü ilini uğursuz başa vuran futbolçularını üzə çıxarıb.

Ötən turlarda ən çox qol imkanını qaçıran oyunçu Ollie Uatkinsdir. “Aston Villa”nın futbolçusu Premyer Liqada 17 dəfə fərqlənmək imkanını əldən verib.

Nikola Krstoviçin (“Leççe”) 29 zərbəsi qapıdan yan keçib. Antuan Semenyonun (“Bornmut”) da bir o qədər zərbəsi bloka alınıb.

Dirəyə tuş gələn zərbələr bir yandan gözəlliyi ilə seçilirsə, digər yandan qaçırılan 100 faizli qol şansı deməkdir. Robert Levandovski (“Barselona”) və Koul Palmer (“Çelsi”) hərəyə 5 dəfə qol şanslarını belə qaçırıblar.

Moyze Kin 31 dəfə offsayda düşdüyündən “Fiorentina”ın hücumları yarımçıq qalıb.

Ariyanet Muriçin 5 səhvi “İpsviç”in qapısına qol vurulması ilə nəticələnib. Dario Essuqo isə 6 səhvi sonrasında rəqiblərin “Las Palmas”ın qapısına zərbə endirməsinə şərait yaradıb.

Mark Quehi (“Kristal Pelas”), Kreyq Dauson (“Vulverhempton”) və Lautaro Canetti (“Udineze”) hərəyə 2 dəfə avtoqola imza atıblar.

Fakundo Buonanotte (“Lester”) 35 dəfə rəqiblərinin driblinqləri qarşısında acız qalıb.

Ötürməsini ən çox ünvana satdıra bilməyən Cordan Pikforddur. “Everton”un futbolçusu 262 dəfə ötürmələrdə səhvə yol verib.

Pedro Porro (“Tottenhem”) 333 dəfə topu itirib.

Lorenso Montipo (“Verona”) qapısında hamıdan çox – 41 qol görüb. Karl Heyn (“Valyadolid”) 35 dəfə cərimə meydançası daxilindən vurulan zərbələr qarşısında aciz qalıb. Patrik Dreves (“Boxum”) isə 9 dəfə cərimə meydançası xaricindən vurulan zərbələrin qola çevrilməsinə mane ola bilməyib.

Oyunlarda kobudluğa gəldikdə, Joao Qomes (“Vulverhempton”) 44 dəfə fola yol verib. Dominik Kohr (“Mayns”) və Abdelkabir Abqar (“Alaves”) 8 sarı vərəqə alıb. 8 futbolçuya hakimlər 2 dəfə qırmızı vərəqə göstərib. Onların sırasında Nadyem Amiri (“Mayns”) və Tommaso Pobeqa (“Bolonya”) mövsümdə üstəlik ən çox əlavə sarı vərəqə ilə də cəzalandırılıb – hərəyə 3 sarı.

Vüqar Məmmədov
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Yanvar 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri