Icma.az
close
up
RU
Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər

Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bazarlarda, supermarketlərdə, çərəz dükanlarında ən çox qarşılaşdığımız mənzərə açıq vəziyyətdə satılan çərəzlərdir. Burada bir məqam var ki, çox vaxt aldığımız bu məhsulları yumadan yeyirik. Lakin ekspertlər bu halda bizi ciddi təhlükələrin gözləyə biləcəyi qənaətindədirlər.

"Kaspi" qəzeti mövzüya dair məqalə dərc edib.

"Yeni və ya köhnə olduğu bilinmir"

İstehsal meneceri Sayat Quliyevanın sözlərinə görə, bu məhsullar açıq şəkildə satıldıqda həm keyfiyyəti azalır, həm də çirklənməyə məruz qalır: "Günümüzdə çərəzlərin bazarlarda açıq halda çəki ilə, yaxud karton qutularda, şüşə vitrinlərdə, plastik qablarda satışı həyata keçirilir. Açıq halda satılan məhsullar fiziki və mikrobioloji çirklənməyə məruz qalır. Toz, havadakı həşəratların məhsulla təması, istehlakçıların açıq əllə toxunması kimi çirklənmə səbəblərini sadalamaq olar. Hətta sanitar qaydalara uyğun hesab etdiyimiz qapalı satış məntəqələrində də məhsulların çirklənməsini müşahidə etmək mümkündür. Bundan əlavə, çərəzlər vitrinə davamlı üst-üstə yığılır, yeni və ya köhnə olduğu bilinmir".

"Məhsulu kənar vasitələrlə çirkləndirirlər"

S.Quliyevanın fikrincə, təmiz hesab etdiyimiz vitrinlər əslində ən böyük təhlükədir: "Şüşə vitrinlərdə sadəcə bez parçalarla fiziki təmizlik aparılır, bu da mikrobioloji çirklənmənin əsas mənbəyidir. Satıcılar açıq əllə məhsula toxunmasalar da, məhsulu kənar vasitələrlə çirkləndirirlər. Daşıma qutularını birbaşa açıq çərəzlərin üzərində saxlayaraq vitrinlərə boşaldırlar. Açıq halda satılan çərəzlərə ilk toxunan biz olmuruq. Sonra bu çərəzləri yumadan qəbul edirik. Fiziki, mikrobioloji çirklənmə ilə yanaşı, günümüzdə geniş yayılan, mənşəyi məlum olmayan viruslar mövcuddur. Bunun bariz nümunəsi son illərdə yaşadığımız COVID virusudur".

Dadında dəyişiklik yaranır

Mütəxəssis bildirdi ki, çərəzlərin nəmliyini qorumaq üçün onlara müxtəlif maddələr vurulur: "Emal sahələrində çərəzlərin qabıqlarından təmizləmə prosesində quru təmizləmədən geniş istifadə edilir. Qabıqdan təmizləmə zamanı düzgün təmizləmə prosesi həyata keçirilməzsə, çərəzlərin çirklənməsi qaçılmazdır. Hazırlanan qabıqsız çərəzlərin hava ilə təması olmayan qablarda saxlanılması üçün bəzi kimyəvi maddələrdən istifadə edilir. Bunlardan ən geniş yayılmışı kükürddür. Çərəzlərin daxilində nəmlik olur. Yüksək temperaturda nəmlik azala və ya rütubətli məkanlarda arta bilər. Nəmlik azaldıqda məhsullar quruyur. Xarici görünüşü ilə yanaşı, dadında da dəyişiklik yaranır. Belə məhsulların qablaşdırılması, saxlanmasına düzgün əməl edilməzsə kiflənmə riski yüksəkdir".

S.Quliyeva təmiz və təhlükəsiz hesab etdiyimiz paketli məhsullardan da danışdı: "Məhsullara ilk toxunan olmaq üçün, çalışmalıyıq çərəzləri qabıqlı şəkildə alaq və evdə özümüz təmizləyək. Eyni zamanda, paket məhsullara üstünlük verək. Amma buna marketlərdəki paketlənmə aid deyil. Marketlərdə çərəzləri ya plastik qablarda qablaşdırırlar, ya da şəffaf paketlərə qoyurlar. Onlardan da uzaq durmalıyıq. Çünki bu zaman köhnə və yeni məhsulu qarışdırırlar. Aldığımız məhsulun istehsal tarixini, son istifadə müddətini itirmiş oluruq".

"15-60 dəqiqə soyuq suda saxlanılmalıdır"

Müsahibimizin sözlərinə görə, bu məhsulları dezinfeksiya etdikdən sonra istehlak etmək daha düzgündür: "Çərəzlərin istehsal prosesi onu göstərir ki, bu məhsulları yumadan qəbul etmək doğru deyil. Burada istifadə edilən kimyəvi maddələr orqanizmimizə daxil olur və zamanla müəyyən xəstəliklərin yaranmasına gətirib çıxarır. Alınan çərəzlər mütləq şəkildə sərtliyinə görə 15- 60 dəqiqə arasında soyuq suda saxlanılmalıdır. Digər çiy qəbul etdiyimiz qidaların təmizlənməsində istifadə edilən sirkə, qida sodası və s. vasitələri çərəzlərin yuyulmasında və dezinfeksiyasında istifadə edə bilərik. Sonra soyuq suyun altında durulamaq və nəmini qurutmaq lazımdır. Lakin bu məhlullar çərəzlərin üzərində qaldıqda dadına təsir edə, ağızda xoşagəlməz dadlar yarada bilər".

Mikrobioloji, çarpaz çirklənmə və s...

Qida məsələləri üzrə ekspert Ağa Salamov bu məhsulların təhlükəsinin qurudulma üsulundan asılı olduğunu bildirdi: "İki cür qurutma üsulu var. Birincisi, günəş şüaları altında, ikinci isə xüsusi aparatlarla qurudulmadır. Fərqləri odur ki, qurğu ilə qurudulmuş məhsullar yerində qablaşdırılırsa, yəni hava-damcı yolu ilə gələn virus və bakteriyalara açıq deyilsə, ətraf mühitin toz və çirkabından mühafizə olunursa, onları yumağa ehtiyac yoxdur. Amma günəş şüaları altında qurudulduqda virus və bakteriyalara, toza açıq olur. Mikrobioloji çirklənmə istehlakçının zəhərlənməsinə rəvac verə bilər. Heyvanlar toxunarsa, çarpaz çirklənmə ilə daha böyük fəsadların baş verməsi mümkündür".

"Suda çox qaldıqda keyfiyyətini itirir"

A.Salamov düşünür ki, həmin qidalar 70 dərəcə suda yuyulmalıdır: "Amma insanlar bəzən suda çox saxlayır, bu zaman isə artıq keyfiyyətini itirir. Dezinfeksiya etmək məqsədilə temperaturu 65 dərəcədən yuxarı isti suyun altında bir dəqiqə saxlamaq olar. Bəzi patogen bakteriyalar 70 dərəcədə ölməyə başlayır. Amma çox saxlamaq doğru deyil".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Dekabr 2024 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri