Icma.az
close
up
RU
Açıq şəkildə satılan çərəzlər xəstəlik mənbəyidir XƏBƏRDARLIQ

Açıq şəkildə satılan çərəzlər xəstəlik mənbəyidir XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Marketlərdə, eləcə də paytaxt küçələrində satıcılıqla məşğul olan şəxslərin piştaxtalarında qablaşdırılmamış, açıq şəkildə satılan çərəzlərə tez-tez rast gəlinir.

Xüsusilə Ramazan ayı və Novruz bayramı ərəfəsində bu qidalara tələbat artır.

Çəki ilə satılan həmin qidaların istifadəsinin kommersiya prosesindən asılı olaraq sağlamlığımızda müəyyən problemlərə gətirib çıxara biləcəyi iddia olunur.

Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev açıq şəkildə satılan xurma və çərəzlərin (fındıq, badam, qoz və s.) toz, rütubət, bakteriya və digər xarici maddələrlə təmasda olduğunu bildirib:

“Marketlərdə, bazarlarda və ya küçədəki satış nöqtələrində gigiyena qaydalarına tam riayət edilmədiyi hallarda həmin yerlərdən çərəz qəbulu problem yarada bilər. Məsələn, havada olan toz qidaların üzərinə çökərək onların çirklənməsinə səbəb olur. Eyni zamanda satıcıların əlləri ilə məhsula tez-tez toxunması və ya müştərilərin açıq qidalara yaxın məsafədən öskürməsi, asqırması mikrobların yayılmasını sürətləndirir. Xurma kimi nəmli qidalar xüsusilə riskli ola bilir, çünki nəm mühit bakteriya və kif göbələklərinin çoxalması üçün əlverişli mühit yaradır. Əgər xurma açıq şəkildə uzun müddət saxlanılırsa və düzgün havalandırılmırsa, "Aspergillus" kimi kif növləri inkişaf edə bilir. Bu kiflər aflatoksin kimi toksinlər ifraz edə bilir ki, bu da uzun müddətli istehlakda qaraciyər problemlərinə səbəb olur. Çərəzlər də oxşar risklərlə üzləşə bilir. Xüsusilə qovrulmamış və ya qabığı ilə satılan növlər nəm çəkdikdə kiflənməyə meylli olur”. 

A.Vəliyevin fikrincə, Ramazan ayında oruc tutanlar üçün iftar zamanı xurma ilə oruc açmaq ənənədir. Ekspert bu xüsusda paketləşdirilmiş məhsullardan istifadəni tövsiyə edib:

“Novruzda isə çərəzlər masa üstündə tez-tez yer alır. Hər iki bayramda qida istehlakı artdığına görə açıq satışın yaratdığı risklər daha da aktuallaşır. Məsələn, xüsusilə mart ayının sonları Azərbaycanda havalar bəzən isti keçə və açıq qidalar daha tez xarab ola bilir. Həmçinin, bayram ərəfəsində insanların sıx toplaşdığı bazarlarda gigiyenik şəraitə nəzarət etmək çətinləşir. Çirkli qidalar "Salmonella" və ya "Escherichia coli" kimi bakteriyalara yoluxa bilər. Bu da ishal, qusma və qarın ağrısına səbəb olur. Toz və ya digər allergenlər qidalarla qarışdıqda həssas insanlarda allergiya yarada bilir.

Bazarlarda satılan qidalar yaxınlıqdakı avtomobil tüstüsü və ya pestisidlərlə təmasda ola bilər. Kifli qidaların istehlakı kanserogen maddələrin orqanizmdə toplanmasına səbəb olur.Bu riskləri minimuma endirmək üçün bir neçə ehtiyat tədbirləri görə bilərik. Mümkünsə bağlı paketlərdə satılan xurma və çərəzləri seçməliyik. Etiketləri oxuyaraq istehsal tarixi və saxlama şərtlərini yoxlamalıyıq. Xurmanı və yuyula bilən çərəzləri (məsələn, püstənin qabığını) istehlakdan əvvəl ilıq su ilə yumalıyıq. Qidaların tozdan və günəşdən qorunduğuna, satıcının gigiyena qaydalarına riayət etdiyinə diqqət etsək yaxşı olar.Alınan qidaları hava keçirməyən qablarda, sərin və quru yerdə saxlasaq gec xarab olar”.

Fidan Hacızadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:448
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Mart 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri