Icma.az
close
up
RU
Açıq və təhlükəli bazara çevrilən məktəb bufetləri: Kimin əlindədir?

Açıq və təhlükəli bazara çevrilən məktəb bufetləri: Kimin əlindədir?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bakıda 7 şagirdin zəhərləndiyi məktəbdə bufetin fəaliyyəti dayandırılıb, direktor cəzalandırılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.Bildirilib ki, aprelin 24-də AQTA “1003 – Çağrı Mərkəzi”nə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi ilə bağlı məlumat daxil olub.

Müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.Məktəbin bufetində və təchizatçı müəssisədə yoxlamalar aparılaraq qida nümunələri laborator müayinələrə cəlb edilib.

İlkin məlumata görə, bufetdən alınan qoğalı istehlak edən 7 şagirddə qida zəhərlənməsi əlamətləri müşahidə olunub.

5 nömrəli Yoluxucu Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdirilən şagirdlərə “dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi” diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Yoxlama aparılarkən məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən məhsulların mənşəyini təsdiq edən sənədlərin mövcud olmadığı, eləcə də saxlanma şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib.

Qida eksperti Fərid Səfərov “Cebheinfo.az”-a bildirib ki, Binə qəsəbəsindəki məktəb bufetində baş verən belə hadisələr çox ciddi məsələdir və bir neçə qurumun məsuliyyət sahəsinə daxildir:

“Məktəb bufetlərinə məktəbin rəhbərliyi cavabdehdir (direktor və inzibati heyət) və o bufetin fəaliyyətinə ümumi nəzarət etməlidir. Bufeti işlədən sahibkar və ya podratçı qidanın hazırlanması, saxlanması və satışı üçün birbaşa məsuliyyət daşıyır.

Bundan əlavə dövlət nəzarəti də var. Azərbaycanda bu sahəyə əsas nəzarət edən qurum Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir. Onlar planlı və ya şikayət əsasında yoxlamalar aparır. 

Eyni zamanda məktəblər Elm və Təhsil Nazirliyi sisteminə daxil olduğu üçün inzibati məsuliyyət də bu xətt üzrə qiymətləndirilə bilər. Məhsullar satışdan əvvəl qanunvericiliyə görə yoxlanılmalıdır. 

Amma praktikada bu proses bir neçə mərhələdən ibarətdir:

• Məhsulun mənşəyi (sertifikat, istehsal tarixi, son istifadə müddəti)

• Saxlanma şəraiti (temperatur rejimi, gigiyena)

• Hazırlanan qidaların sanitar qaydalara uyğunluğu.

Lakin burada vacib məqam var:

hər məhsul laboratoriyada ayrıca yoxlanılmır. Əsasən sənədlər, saxlanma şəraiti və ümumi sanitar vəziyyət yoxlanılır. Risk və ya şübhə olduqda isə nümunələr laborator analizə göndərilir.

Belə hadisələrin baş verməsi məhsulun düzgün saxlanmaması (xüsusilə isti havada), son istifadə müddətinin keçməsi, gigiyena qaydalarının pozulması və keyfiyyətsiz xammal istifadəsi səbəbindəndir”.

Ekspert qeyd edir ki, məktəb bufetində qida zəhərlənməsi baş verirsə, bu həm sahibkarın, həm də nəzarət mexanizmlərinin zəif işlədiyini göstərir:

“Belə hallarda məsuliyyət araşdırılır və ciddi sanksiyalar tətbiq olunur”.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: bufet Fərid Səfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 May 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri