Icma.az
close
up
RU
Ad günü gecəsi kabusa çevrildi İçki məclisinin axırı məhkəmədə bitdi

Ad günü gecəsi kabusa çevrildi İçki məclisinin axırı məhkəmədə bitdi

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qusar rayonunda ad günün məclisindən sonra gənclər arasında yaşanan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Əli Vüqara (adlar şərtidir – red.) xəsarət yetirib. Hadisə Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “İskra” adlı kafedə baş verib. Əli dostları ilə birlikdə kafeyə gəlib. Onlar müştərilər üçün nəzərdə tutulmuş ümumi zalda əyləşib və pivə spirtli içkisi sifariş veriblər. Bir müddət sonra Mübariz ünvansız nalayiq ifadələr səsləndirib. Buna görə onların yanına Nihad yaxınlaşaraq öz iradını bildirib. Mübariz və Nihad spirtli içkinin təsiri altında digər masanın yanında söhbət edib. Söhbətlərini yekunlaşdırdıqdan sonra Mübariz özünün əyləşdiyi masaya qayıdıb və Nahid isə kafenin icarədarı olan Müslüm ilə söhbət etməyə davam edib. Daha sonra onların yanına işi üzrə zərərçəkmiş Vüqar yaxınlaşıb və Əli ilə söhbət etməyə başlayıb. Əli Vüqarı sol əli ilə itələyərək divanın üzərinə yıxıb. Vüqar oradan durmaq istədikdə isə Əli onun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (mumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü işdən çıxaraq Qusar şəhərində yerləşən “Qusar” restoranına gedib:
“Orada dostumun Mahmudun ad günü oldu. Ad günü münasibətilə Mahmud digər dostu Mübarizlə birlikdə orada oturmuşdu. Onlar məni gözləyirdi. Mən gəldikdən sonra birlikdə spirtli içki qəbul etdik. Saat 12 radələrində “Qusar” restoranını bağlandı. Oradan duraraq “İskra” adlanan kafeyə getdik. Müştərilər üçün nəzərdə tutulmuş ümumi zalda əyləşdik. Orada oturduqdan sonra pivə sifariş verdik. Mahmud 30 dəqiqə oturduqdan sonra getdi. Mən də Mübarizlə birlikdə orada qaldıq”. 
Əli qeyd edib ki, bir qədər sonra, gecə saat təxminən 2 radələrində tanımadığı və adı ona sonradan məlum olan Nahid adlı şəxs Mübarizlə ayaq üstə mübahisə etdiklərini görüb: “Onlara tərəf yaxınlaşaraq nə baş verdiyini soruşdum. Həmin vaxtı kafeni işlədən Mübariz Nahidi öz yanına çəkərək onunla söhbət etməyə başladı. Bu zaman Nahid yanında olan Vüqar ilə Mübariz də mübahisə etdiyi gördüm. Spirtli içkinin təsiri altında olduğundan Vüqarın Nahidlə rəftarı xoşuma gəlmədi. Onu sol əlim ilə itələdim. O, divanın üstünə yıxıldı. Bu vaxt Vüqar qalxmaq istəyərkən yumruq zərbəsi ilə onun sifət nahiyyəsinə 1 dəfə vurdum. Bundan sonra qayıdaraq başqa bir masada əyləşdim”. 
İş üzrə zərərçəkmiş Vüqarın sözlərinə görə, hadisə günü 18 radələrində dostları ilə birlikdə Qusar şəhərində “Meydan” adlı restorana ad gününü qeyd etmək üçün gedib:
“Orada yemək yeyib spirtli içki qəbul etdikdən sonra saat təxminən 22-23 radələrində restorandan çıxdıq. Həmin vaxtı dostum Nahid ilə pivə içməyə qərar verdik. Sonra “İskra” adlı kafeyə getdik. Müştərilər üçün nəzərdə tutulmuş ümumi zalda əyləşdik. Spirtli içki olan pivə sifariş verdik. Bizdən başqa digər masalarda da müştərilər əyləşmişdi. Bu zaman yan masada oturan tanımadığımız şəxsin ortalığa etdiyi söyüşü Nahid eşidərək bizim tərəfə masaya yaxınlaşaraq iradını bildirdi. Bundan sonra aramızda söz mübahisəsi yarandı. Həmin vaxtı kənarda olan şəxslər bizi sakitləşdirməyə çalışdı. Özüm spirtli içkinin təsirində olduğumdan baş verənləri dəqiq xatırlamıram. Biz mübahisə edə-edə başqa bir masanın yaxınlığına gələrək çatdıq. Mən də həmin masanın yanına gəldim. Nahidin başqa bir nəfər şəxslə söhbət etdi. Adı mənə sonradan məlum olan Əli və tanımadığım başqa bir nəfərlə söhbətləşdik. Lakin, Nahid həmin vaxtı başqa şəxslə söhbət etdiyi üçün məni görmədi. Həmin şəxslərlə söhbət edən zaman sağ tərəfimdə dayanan Əli məni  sol əli ilə divana tərəf itələdi. Mən divanın üzərinə yıxıldım. Oradan durmaq istəyərkən sifət nahiyəmə bir dəfə yumruq zərbəsi ilə vurdu. Bundan sonra ətrafda olan şəxslər bizi kənarlaşdırdı”. 
Qusar Rayon Məhkəməsinin hökmü ilə Əli 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşadığı Qusar şəhərindəki evi hər gün axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Qusar rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan başqa onun üzərinə nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Yanvar 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri