Ad gününə getmək üçün taksiyə minən qadının başına iş gəldi
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Quldurluq cinayətində təqsirləndirilən 1991-ci il təvəllüdlü Ramil Cəfərova hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq - Silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə Ramilə 8 il 6 ay həbs cəzası verilib.
Bildirilib ki, hadisə Bakı-Sumqayıt magistralının Ceyranbatandan keçən hissəsində qeydə alınıb.
Hadisə baş verən gün Aytən adlı qadın ad günü məclisinə getmək üçün metronun 20 Yanvar stansiyası yaxınlığında taksiyə əyləşib. “Manatlıq taksi” kimi fəaliyyət göstərən Ramil icarəyə götürdüyü avtomobilə daha 3 sərnişini də götürüb. O həmin şəxsləri düşürdükdən sonra Aytənin üstünə bıçaq çəkib və üzərindəki 600 manat pulu və telefonu quldurluq yolu ilə talayıb.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 04 Noyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















