“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Bloger Aysel Şükürova zəhərlənərək xəstəxanaya yerləşdirilməsindən sonra ünvanına yazılan bəzi tənqidi şərhlərə sərt reaksiya verib.
Axşam.az xəbər verir ki, o, instaqram hesabında paylaşım edərək Məhərrəmlik ayında ad gününə getdiyi üçün başına bu hadisənin gəldiyini yazanları qınayıb:
“Ad gününə məndən başqa 100 nəfər də getmişdi. Hamısının başına pis iş gəldi? Zəhərlənmə insanın başına gələn haldır. Bunun Məhərrəmliklə nə əlaqəsi var? Bu cür cahil düşüncələrdən çıxın”.
Bloger bildirib ki, vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya aparılıb:
“Son ana kimi dirəşdim ki, xəstəxanaya getməyim. Amma 39 dərəcə qızdırmam oldu, bədənimin suyu tam tükənmişdi. Damarıma sistem qoşa bilmirdilər, 5-6 dəfə qolumu deşdilər”.
Şükürova qusma səbəbindən üzündə xırda qırmızı səpkilər əmələ gəldiyini də açıqlayıb:
“Normalda qusan insan deyiləm. Hamiləlik vaxtı olmuşdu. Bu dəfə isə qusduqca üzüm xırda qırmızı səpkilərlə doldu. Özüm öz halımdan iyrəndim. Mədə ağrısı, qızdırma, qusma – hər şeyi yaşadım”.
Aysel ona “bəxtəvərlik oxuyanlara” da ironiya ilə cavab verərək, “Bu bəxtəvərlikdirsə, sizə arzu edirəm” sözlərini yazıb.
Baxış sayı:117
Bu xəbər 19 İyun 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















