Ad məsələsində əhalinin rəyinin nəzərə alınması çox önəmlidir Millət vəkili
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Milli Məclisdə küçə, meydan, prospekt və s. ərazilərə ad qoyulan zaman əhalinin fikrinin nəzərə alınması çox geniş müzakirə olundu və qanuna da dəyişikliklər edildi. Bu istiqamətdə işlər görülür".
Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin təsdiqlədiyi qanuna əsasən prospekt, küçə, meydan və s. ərazilərə ad qoyulan zaman həmin ərazinin əhalisinin rəyi nəzərə alınacağından danışarkən bildirdi.
"Belə bir qərarın qəbul edilməsi, dəyişikliyin edilməsi xüsusi önəm və əhəmiyyət daşayır. Zaman-zaman bu adlar qoyularkən müxtəlif fikirlər, müzakirələr aparılır ki, hansı ad qoyulsun, qoyulmasın və s. Ona görə düşünürəm ki, bu baxımdan əhalinin rəyinin nəzərə alınması çox önəmlidir. Eyni zamanda cəmiyyəti, insanları düşündürən məsələlərə dövlətin diqqət və qayğısının, həmçinin ictimai rəylə hesablaşmasının göstəricisidir", - deyə millət vəkili əlavə etdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 16 Oktyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















